\"Türkiyə bu addımı atsa müdaxilə edəcəyik\"

\
ABŞ-ın müdafiə naziri Mark Esper, Türkiyənin Suriyanın şimalına hərbi əməliyyat keçirəcəyi haqqındakı iddialara cavab verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, M Esper Yaponiyaya səfəri zamanı jurnalistlərin suallarını cavablandırıb. Esper, Türkiyənin Suriyada hərbi əməliyyat keçirəcəyi ilə bağlı ötən həftə çıxan xəbərlərə də münasibət bildirib: "Suriyanın şimalında keçiriləcək tək tərəfli hərbi əməliyyat qəbul edilə bilməz. Rəsmi Ankara ilə uzlaşacağımızı ümid edirəm".
Əsasını terror təşkilatları PKK, YPG və PYD-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələrini müdafiə edən ABŞ müdafiə naziri belə hal baş verdiyi təqdirdə buna mane olacaqlarını bildirib: "Burada edə biləcəyimiz tək şey müdaxilə etmək olacaq. ABŞ, Türkiyə və Suriya Demokratik Qüvvələrinin Suriyanın şimalındakı qarşılıqlı mənfəətlərini qoruyacağıq".

OXŞAR XƏBƏRLƏR