Türkiyə Azərbaycanla sərhədi bağladı – Koronavirusa görə

Türkiyə Azərbaycanla sərhədi bağladı – Koronavirusa görə

İranda koronavirusun yayılması xəbəri qonşu ölkələri, o cümlədən, Türkiyəni də narahat edib.

Sfera.az xəbər verir ki, İHA-nın yaydığı məlumata görə, Türkiyə virus təhlükəsinə görə Naxçıvan-Dilucu sərhəd qapısını bağlayıb. Türkiyəyə qonşu olan İranda son bir həftədə koronavirus təhlükəsinin artması və bu virus səbəbindən səkkiz adamın ölməsi səbəbi ilə Naxçıvan-Dilucu sərhəd qapısının bağlanıldığı bildirilib. Müvafiq olaraq, sərhəddə yoxlamalar da həyata keçirilir.

Türkiyə Səhiyyə Nazirliyi qonşu İranda koronavirusun yayılması ilə əlaqədar tədbirlər görüldüyünü və bundan sonra da bütün lazımi tədbirlərin görüləcəyini bildirib. Bu tədbirlər çərçivəsində ilk növbədə Naxçıvan-Dilucu sərhəd qapısı giriş və çıxışlara bağlanıb.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı səkkizə çatıb. /Oxu.az


OXŞAR XƏBƏRLƏR

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...