Türkiyə Azərbaycanın yanında olmaqda davam edəcək - Mustafa Şentop
13:00 / 28.10.2020
1528
Türkiyə hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olmaqda davam edəcək.
Sfera.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.
O bildirib ki, Azərbaycan Ermənistanla hüquqi mübarizə aparır və öz haqqını cəbhədə alır:
"Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın tarixi həqiqətlərə və beynəlxalq hüquqa əsaslanan haqlı mübarizəsində yer almağa davam edəcək”.