“Türkiyə-Azərbaycan hərbi təlimlərinə etirazın əsası yoxdur” – İran XİN-nin Xəzər açıqlamasına cavab

“Türkiyə-Azərbaycan hərbi təlimlərinə etirazın əsası yoxdur” – İran XİN-nin Xəzər açıqlamasına cavab
"İran Xəzər dənizinin statusu ilə bağlı keçirilən görüşlərdə irəli sürülən təkliflərin əksəriyyətini qəbul etməyib. Bu, o deməkdir ki, İran bu gün rəsmi Bakıya və Ankaraya irad olaraq bildirdiyi Xəzərin hüquqi statusuna dair heç bir təkliflə razılaşmayıb. Buna görə də rəsmi Tehranın bu və ya başqa formada narazılıqlarının əsası yoxdur”.

Bunu Sfera -a açıqlamasında sabiq XİN rəhbəri Tofiq Zülfüqarov İran XİN-in sözçüsü Səid Xətibzadənin Türkiyənin Xəzərdə hərbi mövcudluğunu dənizin statusuna görə qanunsuz adlandırmasını şərh edərkən deyib.


Tofiq Zülfüqarov bildirib ki, İran tərəfinin məsələyə baxışı anlaşılmazdır:

"Xəzəryanı ölkələr tərəfindən qəbul edilib ki, Xəzər dənizində yalnız Xəzəryanı ölklərin bayrağı altında olan gəmilər üzməlidir. İstər hərbi, istərsə də mülki gəmi olsun, fərq etmir. Lakin bu ortaq fikir belə İrana Xəzər dənizində Türkiyə ilə Azərbaycanın keçirdiyi ortaq hərbi təlimlərə irad bildirmək haqqı tanımır. Məsələ ondadır ki, Türkiyə və Azərbaycan Xəzər dənizində ortaq hərbi təlim keçir”.
 
Diplomat xatırladıb ki, Türkiyənin Xəzər dənizinə birbaşa çıxışı olmadığı üçün türk donanmasına məxsus heç bir gəmi təlimlərdə iştirak etmir:

"Təlimlərdə yalnız Türkiyə dəniz qüvvələrinin həbi heyəti və zabitləri iştirak edir. Təlimlərdə istifadə edilən gəmilər, texnika məhz Azərbaycan Silahlı Qüvvələrinə məxsusdur. Yəni, təlimlərdə istifadə edilən gəmilər də Azərbaycan bayrağı altında üzür. Belə olan təqdirdə İran XİN-in sözçüsü Səid Xətibzadənin məlum fikirləri qərəzli yanaşmadan başqa birşey deyil” .
 
Turan Rzayev
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Diplomatik təmaslar davam edir, Zəfər günü bu şad xəbəri alacağıq" – AÇIQLAMA

44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi, şanlı qələbənin bir ilinin tamamlanmasına sayılı günlər qalıb. Ölkəmizdə İlk dəfə qeyd ediləcək zəfər günü ...

Bakı Moskva ilə hərbi əməkdaşlıq edəcək - Bu şərtlə...

"Ərdoğan-Putin görüşündən öncə İlham Əliyevin Rusiya mediasına müsahibə verməsi təsadüfi deyil".    Sfera.az xəbər verir ki, bunu politoloq Asif Nər...

“Şuşanı azad edəndən sonra Vladimir Vladimiroviç mənə zəng vurdu, dedi ki...”

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın "Nasionalnaya oborona” hərbi jurnalına müsahibəsində ötən ilin noyabrında, Qarabağda hərbi əməliyyatların dayandırı...

Azərbaycan Prezidentinin İqor Korotçenkoya müsahibəsinin TAM MƏTNİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu "Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya m...

Azərbaycan Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verdi

Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə...

Əliyev müharibədən sonra BMT-də ilk çıxışında dünyaya hansı mesajları verəcək?

"İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxış edəcək. Azərbaycan Prezidentinin BMT Baş Assambleyasında sonuncu çıxış...