Türkiyə Avropa İttifaqına güzəştə getmir

Türkiyə Avropa İttifaqına güzəştə getmir
Türkiyə Avropa İttifaqı ilə viza rejiminin liberallaşması üçün bütün şərtləri yerinə yetirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Strasburqda Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Volkan Bozkır bəyan edib, onun bəyanatını TRT telekanalı yayıb.
 
"Bu 72 şərt, onların yerinə yetirilməsini siyasi nöqteyi-nəzərdən qiymətləndirmək lazımdır. Və biz siyasi nöqteyi-nəzərdən hesab edirik ki, bütün 72 şərt yerinə yetirilib”, - o deyib.
Aİ-nin terrorizm ilə mübarizə qanunlarının dəyişdirilməsi tələblərindən danışarkən Bozkır qeyd edib ki, "hazırda bu, mümkün deyil”.
"Biz terrorizmlə mübarizə aparırıq. Ölkəmizin cənubi-şərqində terror aktları və bomba partlayışları davam edir. Ona görə də indi terrorizm ilə mübarizə qanunlarına dəyişikliklər edə bilmərik və bunu etməyəcəyik”, - o deyib.

OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərili...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...