Türkiyə Avro-2020-yə vəsiqə qazandı

Türkiyə Avro-2020-yə vəsiqə qazandı

AVRO-2020-nin seçmə mərhələsində IX tur başlayıb.

Sfera.az xəbər verir ki, turun ilk oyununda Türkiyə İstanbulda İslandiya millisini qəbul edib.

H qrupunda mübarizə aparan qardaş ölkənin əsas yığmasının üstünlüyün şəraitində keçən matçda qol vurulmayıb.Bu bərabərliklə Şenol Günəşin yetirmələri final mərhələsinə vəsiqə qazanıb. Belədə xalını 20-yə çatdıran Türkiyə 3-cü pillədəki İslandiya ilə dörd xallıq fərqi qoruyub. 

Qeyd edək ki, Türkiyə və Fransaya qədər 6 komanda - Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya və İtaliya da final mərhələsinə yüksəlmişdi.

AVRO-2020-nin seçmə mərhələsi

IX tur

14 noyabr

H qrupu

21:00. Türkiyə - İslandiya – 0:0 (yeni sabah)


OXŞAR XƏBƏRLƏR