Türkiyə 66 ildir neft axtarır - 4500-dən çox kəşfiyyat quyusu qazılıb
Maraqlı məqam ondan ibarətdir ki, Türkiyə neft və qaz təchizatında xarici bazardan asılılığı azaltmaq üçün neft və qaz yataqlarının axtarışını 66 ildir ki, davam etdirir. Qara dənizdə tapılan perspektiv yataq istisna olmaqla hələ ki, qardaş ölkə böyük yataqlar tapa bilməyib.
Sfera.az bildirir ki, 1954-cü ildən indiyədək Türkiyədə 4500-dən çox kəşfiyyat quyusu qazılıb. Hazırda Türkiyədə çoxlu sayda xarici və yerli şirkət neft və qaz axtarır. Ölkədə inanırlar ki, Türkiyə hökmən iri neft və qaz yataqlarını kəşf edəcək.
Türkiyənin neft və qaz alışına çəkdiyi xərclərin artması enerji daşıyıcılarının qiymətindən aslı olacaq. 2014-cü ilə qədər neftin orta qiyməti 100 dollardan yüksək idi. Sonrakı illərdə orta qiymət 50-65 dollar arasında dəyişib. Neftin ucuzlaşması Türkiyənin enerji daşıyıcılarına çəkilən xərci azaltsa da kəsiri bağlamağa kifayət etməyib.
Vasif
Sfera.az