“Türkdilli dövlətlər arasında əməkdaşlığa töhfədir” – Aşqabadla Bakı yaxınlaşması nə vəd edir?

“Türkdilli dövlətlər arasında əməkdaşlığa töhfədir” – Aşqabadla Bakı yaxınlaşması nə vəd edir?
"Aşqabadla Bakı arasında münasibətlərin inkişafında yeni, daha geniş imkanlar pəncərəsi açıldı”.

Bu sözləri Sfera.az-a açıqlamasında Aşqabadda Azərbaycanla Türkmənistan arasında imzalanan "Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqıbda Anlaşma Memorandum”unun siyasi əhəmiyyətini dəyərləndirərkən Milli Məclisin deputatı Elman Nəsirov deyib:

"Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistanlı həmkarı Berdımuxamedov arasında videoformatda görüş keçirildi. Görüşün nəticəsi olaraq Xəzər dənizindəki mübahisəli "Dostluq” yatağının birgə istismarı ilə bağlı sənəd imzalandı. Bu sənədin iqtisadi əhəmiyyətilə yanaşı, mühüm siyasi əhəmiyyəti də vardır.

Məlum olduğu kimi, Azərbaycanla Türkmənistan arasında mübahisəli yataqlar məsələsi olub. Hətta bir zamanlar bu mübahisə son dərəcədə kəskinləşmiş, tərəflər səfirlərini belə geri çağırmışdı. O dövrün mətbuatında Xəzər dənizində hərbi gəmilərin toqquşmasına qədər hadisələrin inkişaf ssenarisi də yer alırdı. Münasibətlər kifayət qədər soyuq idi. Lakin son zamanlar iki dövlət arasında münasibətlər xeyli dərəcədə inkişaf edib. Bir çox platformalarda eyni mövqedən çıxış edirik”.

Deputat qeyd etdi ki, Xəzərin hüquqi statusu məsələsinin həllini tapmasında, mübahisəli yataqla bağlı problemin həllində Azərbaycan və Türkmənistan rəhbərlərinin kifayət qədər ciddi rolları olub:

"Nəticədə münasibətlərimizin yüksək səviyyəsi sayəsində mübahisəli neft yatağı ilə bağlı məsələ də öz həllini tapdı. Yataqla bağlı mübahisələrə son qoyuldu. İlk növbədə adı dəyişdirildi, "Kəpəz” yatağı, "Dostluq” yatağı adlandı. Mübahisələrə son qoyulması məhz dövlətlərarası münasibətlərin dostluq səviyyəsində olmasının məntiqi nəticəsidir. Bunun nəticəsində indiyə qədər mübahisəli qalan mühüm bir məsələ öz həllini tapdı”.

E. Nəsirovun fikrincə, bu sənəd bundan sonra Aşqabadla Bakı arasında münasibətlərin inkişafında yeni imkanlar açacaq: "Bu, bölgəyə əmin-amanlıq, inkişaf gətirəcək. Məsələnin həllini tapması ikitərəfli münasibətlərlə yanaşı, türk dövlətləri arasında əməkdaşlığa da ciddi töhfə verəcək. Bu addım türkdilli dövlətlər arasında əməkdaşlığın bundan sonrakı inkişafına yeni imkanlar açmaq baxımından da əhəmiyyətlidir”.
 
Elçin
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...