Türk TIR sürücüləri narazıdır - Azərbaycan 2500 dollar almağı dayandıracaq?

Türk TIR sürücüləri narazıdır -  Azərbaycan 2500 dollar almağı dayandıracaq?
"Türkiyənin ana müxalifət liderinin dünən Mersin şəhərində TIR sürücülərilə keçirdiyi görüşdə Azərbaycana yönəlik narazılıqlar səsləndirilib”.
 
Sfera.az bildirib ki, bunu iqtisadçı Rövşən Ağayev deyib. Onun sözlərinə görə, əsas arqument Azərbaycanın başqa ölkələrin daşımaçılarından tələb etmədiyi 2500 dolları türkiyəli sürücülərdən alması olub:

"Narazılıqlardan biri də bu olub ki, Rusiya tərəfi sürücülərin Gürcüstan sərhəd qapısından imtina edib Azərbaycan marşurutunu seçməsini istəyir. Azərbaycan rəsmilərinin bu məsələ ilə bağlı mövqe bildirməsi çox önəmlidir. Çünki Azərbaycan regionda aparıcı tranzit ölkə olmağa iddialıdır və bunun üçün nəqliyyat-logistika infrastrukturuna 100 milyonlarla dollar sərmayə yatırır. Üstəlik, Türkiyə kimi Azərbaycan üçün son dərəcə önəmli bir tərəfdaşla münasibətlərdən söhbət gedir”.

R.Ağayev qeyd edib ki, Gürcüstanın Rusiya ilə sərhəddə - Yuxarı Lars marşurutunda qışda yaranan problemləri həll etmək üçün yeni layihəyə start verdiyini nəzərə almaq lazımdır:

"Dəyəri 400 milyon dollar olan, yaxın 3 ildə istifadəyə veriləcək 23 kilometrlik yeni yol və onun tərkib hissəsi kimi 9 kilometrlik tunel, qış aylarında qar uçqunu təhlükəsilə bağlanan, Quduaridən keçən marşurutun istiqamətini dəyişərək daha təhlükəsiz edəcək. Bu halda, Türkiyə TIR-ları üçün Gürcüstan marşurutunu seçmək daha sərfəli olacaq. Çünki Azərbaycan marşurutununun uzunluğu 900 km-ə yaxın olduğu halda, Yuxarı Lars xəttilə həmin məsafə 550 km təşkil edir. Belə rəqabət şəraitində Azərbaycan yalnız sərfəli iqtisadi şərtlərlə uduşlu mövqe qazana bilər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda insan hüquqlarının qorunması beynəlxalq tələblərə uyğunlaşdırılır

Azərbaycan dövlətinin ali məqsədi vətəndaşlarının insan hüquq və azadlıqlarının təmin edilməsidir.  Sfera.az xatırladır ki, dövlət müstəqilliyinin bər...

Bu klublar Qurban Qurbanovla MARAQLANIR: "Mütəxəssislə təmas olub, yaxın günlərdə..."

Bu mövsüm Avropa Liqasındakı uğurlu çıxış "Qarabağ"ın diqqət mərkəzinə düşməsinə səbəb olub.   Sfera.az Offsideplus.az-a istinadən xəbər ve...

Beynəlxalq axtarışda olan şəxslər Azərbaycana ekstradisiya EDİLDİ

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib.   Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat ver...

Sabah 27 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 17-də Azərbaycanda havanın əsasən yağmursuz, bəzi yerlərdə isə duman olacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya...

"Büdcə üçün oyunçu satacağıq" - "Bayer"in direktoru

"Bayer Leverkuzen"in baş direktoru Fernando Karro komandanın bu yay transferləri haqqında danışıb.   Sfera.az bildirir ki, o, bir oyunçunu...

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə BAŞLADI

Rusiyanın “IrAero” aviaşirkəti V.P. Çkalov adına Nijni Novqorod Beynəlxalq Hava Limanından Bakıya birbaşa müntəzəm reyslər həyata keçirməyə başlayıb...