"Türk Şurası doğru yoldadır" - Elmar Məmmədyarov

 

"Budapeştdə Türk Şurasının Nümayəndəlik Ofisinin açılışı və Türk Şurasında müşahidəçi statusu Macarıstanın Türk Əməkdaşlıq Təşkilatları və üzv ölkələri ilə yaxın və hərtərəfli münasibətlər qurmaq qətiyyətini nümayiş etdirir".

Bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Budapeştdə Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasındakı çıxışı zamanı bildirib. 

O qeyd edib ki, Türk Şurasının Avropanın ürəyində, Budapeştdə, Avropada tarixi Türk mövcudluğunun bərpası anlamına gələn Nümayəndəlik Ofisinin açılması böyük bir hadisədir və Avropada Türk dünyasının baxışını təqdim edən məhz Macarıstan olacaq: "Əminik ki, bu Ofis yalnız Macarıstan və üzv dövlətlər arasında davam edən əməkdaşlığın dərəcəsinin artırılması deyil, eyni zamanda Türk Şurasının Macarıstanla əlaqələrinin genişləndirilməsi mexanizmi kimi xidmət edəcək, həmçinin Avropa institutları və Avropa İttifaqı ilə əlaqələrin möhkəmləndirilməsində müstəsna rol oynayacaqdır.

Bu yaxınlarda Türk Şurasının Yüksək səviyyəli Məmurlar Komitəsinin iclasında müzakirə olunan və Nümayəndəliyin hüquqi əsasını təşkil edən Ev sahibi ölkə Sazişi və digər əlavə sənədlərə gəlincə, ümid edirik ki, bu sənədlər tezliklə qəbul ediləcək.

Ötən Zirvə görüşündən bəri media və informasiya məsələlərinə məsul olan Nazirlərin toplantısı, Naxçıvanda Birinci Gənc Liderlər Forumu, Özbəkistan, Türkmənistan və Macarıstandan da diplomatların qatıldığı Gənc Diplomatların 6-cı Birgə Təlim Proqramı Azərbaycanda keçirilib.

Məlum olduğu kimi, Türk Şurasının 7-ci Zirvə toplantısı 15 oktyabr 2019-cu ildə Bakıda keçiriləcəkdir. Fürsətdən istifadə edərək 7-ci Zirvə görüşünə ev sahibliyi edəcəyimizdən böyük şərəf duyduğumuzu vurğulamaq istərdim, çünki bu toplantının Türk Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf etməsini xüsusi hadisə hesab edirik. Həmçinin Özbəkistan Respublikasının 7-ci Zirvə görüşündə Türk Şurasının tamhüquqlu üzvü olmaq qərarı, eləcə də Zirvə ərəfəsində Macarıstanda Nümayəndəliyin açılması diqqətə layiq hadisələrdir.

İnanıram ki, bu hadisələr Türk Şurasının doğru yolda olduğunun göstəricisidir və Özbəkistan və Macarıstan təşkilatın tədbirlərində iştirak edən sonuncu ölkələr olmayacaqlar".


OXŞAR XƏBƏRLƏR

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...