Türk idmançı: Azərbaycanlı güləşçidən əvəz çıxdım

Türk idmançı: Azərbaycanlı güləşçidən əvəz çıxdım

“Cəbrayıl Həsənovu məğlub edərək ondan revanşımı aldım”.

Bu sözləri Avropa Oyunlarında kişilər arasında 74 kq çəki dərəcəsində sərbəst güləş yarışlarında Türkiyəyə gümüş medal qazandıran güləşçi Soner Dəmirtaş deyib.

Onun sözlərinə görə, o, finalda Rusiya idmançısı ilə görüşdə xırda səhvə yol verərək qızıl medal şansını qaçırıb: "Finalda rus güləşçi ilə görüşdə kiçik bir səhvə yol verdim ki, bu da məni qızıl medaldan məhrum etdi. Qarşıdakı yarışlarda belə hallara yol verməyib yaxşı nəticələr əldə edəcəm".

Avropa Oyunlarının gümüş medalçısı qeyd edib ki, o, qarşıdan gələn dünya çempionatına hazırlaşacaq.

"Bakı və azərkeşlər məni heyran etdi. Təşkilat işləri də yüksək səviyyədə təşkil edilib. Bundan əvvəl də Bakıda yarışda olmuşam, şəhər çox gözəlləşib”, - deyə Soner Dəmirtaş bildirib.

Qeyd edək ki, 74 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Cəbrayıl Həsənovu 1/4 final mərhələsində 3:5 hesabı ilə məğlub edən Türkiyə güləşçisi Soner Demirtaş finalda rus idmançısı Aniyar Qeduyevə uduzub./ANS

Sfera.az


OXŞAR XƏBƏRLƏR