Türk general Füzuli əməliyyatı ilə bağlı inanılmaz detalları AÇIQLADI

Türk general Füzuli əməliyyatı ilə bağlı inanılmaz detalları AÇIQLADI
Füzuli əməliyyatı Azərbaycanın həyata keçirdiyi hərbi hərəkatın uğurla ikinci mərhələyə keçməsinin başlanğıcıdır.

Sfera.az xəbər verir ki, bunu açıqlamasında Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

General bildirib ki, ermənilər 28 il boyunca işğal etdikləri torpaqları təmas xəttindən etibarən əngəllər yaradıb, silahlar, hərbi təchizat, minalar, elektronik vasitələrlə və digər üsullarla qoruma altına almışdı: "Onlar Majino xətti (1929–1932-ci illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində tikilən fransız uzunmüddətli fortifikasiya qurğuları sistemi) kimi mərhələli şəkildə xətlər təşkil etmişdilər. Ermənistan uzun illik işğal dövründə bu ərazilərdə hazırlıqlar gördü, xəndəklər qazdı, müdafiə sistemi qurdu, əngəllər yaratdı və onları minalarla, elektron sistemlərlə və digər vasitələrlə qorunmasını təmin etdi. Bunların asanlıqla keçilməsi çox çətin idi. Bu əngəllərin keçilməsi üçün xüsusi texnikalar istifadə olunmalı, taktikalar tətbiq olunmalı idi. Ermənilər deyirdilər ki, Azərbaycan Ordusu sərhəddən etibarən üç mərhələli olan xətləri keçə bilməz və Ermənistan ordusu yenilməzdir. Füzulinin azad olunması ermənilərin bu mifini darmadağın etdi. Yenilməz, keçilməz deyilən xətlərin keçilməsi, erməni ordusunun məhv edilməsi, silah-sursatının ələ keçirilməsi, əsgərlərlərinin döyüşü tərk edib qaçması, ordusunun dağılması, tarazlığının pozulması, eyni zamanda ermənilərin döyüş əzmini və qərarlılığını yıxdı. Erməni xalqının, dövlətinin psixoloji olaraq çökməsinə, sonun başlanğıcına səbəb oldu”.
 
Y.Karauz qeyd edib ki, Füzuli azad edilərkən Azərbaycan Ordusu son dərəcə müasir hərbi texnikalardan istifadə edib: "Azərbaycan hərbi taktika olaraq müasir tətbiqetmələrlə köhnə SSRİ-nin taktikası ilə NATO-nun taktikasını birləşdirəcək şəkildə yeni taktika və texnikalardan istifadə etdi. Azərbaycan əsgəri Vətən, millət, bayraq üçün şəhid olmasının lazım olduğu anlamı ilə analarının əllərinə yaxdığı xınaları və Vətən üçün şəhid olma duyğusu ilə qəhrəmancasına, cəsarətlə, böyük bir ürəklə savaşdı. Qarabağı 28 il boyunca analarının laylalarında Vətən, millət, bayraq kəlmələrini dinləyərək böyüyən nəsil, döyüşçü ruhlu, rəşadətli ordu azad etdi”.

General əlavə edib ki, Prezident İlham Əliyev həm siyasi lider, həm də Ali Baş Komandan kimi müharibəni özü birbaşa və düzgün şəkildə idarə etdi: "Bu amillər Füzuli zəfərini təmin etdi. Füzuli şəhərinin azad olunması isə bütöv Qarabağın işğaldan azad olunmasına səbəb oldu. Keçilməz deyilən səngərlər keçildi, yenilməz deyilən ordu da yenildi. Bir ordunun döyüşmə əzminin və qərarlığının sərhəddi, səviyyəsi vardır. Füzulinin, ondan bir gün sonra da Xudafərinin azad olunması Ermənistan ordusunu və xalqını mənəvi olaraq əzib bitirdi. Füzuli şəhəri azad edildikdən, Azərbaycan Ordusu Xudafərin körpüsünə çatdıqdan sonra, ermənilər psixoloji olaraq həmin dəqiqədən etibarən müharibəni uduzmuşdu”.
 

 
(Publika.az)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Peyvənd olunmanı təsdiqləyən sertifikat müddətsiz olacaq

COVID sertifikatlarının etibarlılıq müddəti müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu, "COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə ək...

Operativ Qərargahın iclası keçirildi - Yeni il və “Omicron” gündəmdə

Bu gün Baş nazir, Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın genişləndirilmiş iclası k...

MTN generalını kim himayə edir? – Mövlam Şıxəliyevlə bağlı Prezidentə müraciət

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev və digərilərinin cinayət işi üz...

Prezidentlərin görüşü İran mətbuatının yanaşmasını dəyişəcəkmi?

28 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının prezidenti İbrahim Rəisi arasında görüş başa tutu...

Oliqarx Mehrac Babayevin qalmaqallı xəstəxana tikintisi: məmur rüşvətə görə həbs olundu

Rusiyanın Nijnevartovsk şəhərində "Əsaslı Tikinti İdarəsi" dövlət şirkətinin regional filialının direktoru Aleksandr Makarikov 35 milyon rubl rüşvət almağa görə...

SOCAR 1 674 işçisini “sərbəstləşdirdi" - Müzakirələrə səbəb olan AÇIQLAMA

SOCAR 1674 işçisinin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib.   Sfera.az-ın xəbərinə görə, SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədb...