Türk əsgərinin gəlişi Rusiya sülhməramlılarının özbaşınalıqlarını azaldacaq - Açıqlama

Türk əsgərinin gəlişi Rusiya sülhməramlılarının özbaşınalıqlarını azaldacaq - Açıqlama
"Rus sülhməramlıları özlərini bir qədər yığışdırmalı olacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında Monitoriq Mərkəzinin fəaliyyətə başlamasından sonra Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətindəki mümkün dəyişiklikləri təxmin edərkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:

"Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə Rusiya və Türkiyəli hərbçiləri birgə fəaliyyət göstərməlidirlər. Türkiyəli hərbçilər isə Rusiya sülhməramlıların indi müşahidə edilən bəzi qanunsuzluqlarına sakit qalmayacaq.
 
Nə separatçıların əli silahlı gəzməsinə, nə də rus hərbçilərinin onlarla əlaqələrinə göz yummayacaqlar. Silahlı separatçıların tərksilah edilməsi tələb ediləcək.  Ona görə də düşünürəm ki, bu günə qədər sülhməramlı missiyasına yaraşmayan bəzi addımlara gedən rus sülhməramlıları özlərini bir qədər yığışdıracaq”. 

Müsahibimiz hesab edir ki, Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə böyük ölçüdə prosesi nizamlaya biləcəyik:

"Qarşı tərəf qarşısında real güc görəcək. Bilirik ki, Moskva Ankaradan bir qədər çəkinir, onunla hesablaşır. Odur ki, Ağdamdakı Monitoriq Mərkəzi qısa zamanda fəaliyyətə başlamalıdır ki, sülhməramlı adı ilə bölgəyə gələn qüvvələrin özbaşınalıqlarının qarşısını müəyyən dərəcədə ala bilək”.
 
Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...