“Türk əsgəri istənilən halda Qarabağda olacaq” - İbrahim Kalın

“Türk əsgəri istənilən halda Qarabağda olacaq” - İbrahim Kalın
 "Türk əsgəri istənilən halda Qarabağda olacaq. Biz onsuz da oradayıq. Azərbaycanla xüsusi münasibətlərimizdən dolayı, hərbi əməkdaşlıq və iş birliyi müqavilələrimizin tarixi qədimdir”.

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin Sözçüsü İbrahim Kalın NTV kanalının canlı yayımında deyib.

Türkiyənin tarazlıq faktoru olaraq Qarabağda olmasının Avropa Birliyi, Nato və Qərb İttifaqı ölkələri üçün son dərəcə əhəmiyyətliliyinə diqqət çəkən Kalın bildirib:

"Qarabağ məsələsinə görə bizi tənqid edirdilər. Razılaşma əldə olundu, amma ruslar önə çıxdı. Rus əsgərləri orada 5+5 il qalacaqlar. Mən də bunu dedim: əgər rus əsgərinin varlığından narahat idinizsə, niyə bu günə qədər müttəfiq olaraq gördüyünüz Ermənistana oradakı rus hərbi bazalarını çıxarmasını söyləmədiniz? Buna gücünüz çatırsa, buyurun edin. Ermənistan oradakı rus hərbçilərini çıxarsın. Rus əsgərləri Qafqaza və ya Ermənistana yeni gəlmədi ki, onlar illərdir, oradadır. Mən bunu dedim, hələ də deyirəm. ABŞ atəşkəs cəhdi etid, bizdən də dəstək istədilər, biz də dəstək olduq. Atəşkəs 2 gün çəkdi. Fransa hansısa bir təkliflə gəldimi? Avropadan, NATO-dan və ya Avropa Birliyindən hansı münasib təklif gəldi ki, biz onu rədd etdik? Amma Rusiya ilə bu 30 illik münaqişəni həll edəcək, 2-3 aydır davam edən toqquşmalara son qoyacaq bir razılaşma barədə anlaşdıq. İndi türk əsgəri də orada olacaq. Türk əsgərləri müşahidəçi qüvvə kimi orada olacaqlar. Bu, Qərb və Avropa üçün də strateji mənfəət olaraq qəbul edilməlidir”.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...