Türk aktrisa Kim Kardaşyana görə həmvətənlərini qınadı
17:30 / 13.10.2020
4201
Türkiyənin məşhur aktrisası Deniz Baysal sosial media hesabında həmvətənlilərini qınayıb.
Sfera.az xəbər verir ki, aktrisa Twitter hesabında Kim Kardaşyanı təqibdən və izləmədən çıxaran Gigi və Bella Hadid bacılarının bu addımını yüksək qiymətləndirib.
Eyni zamanda öz həmvətənlilərinə söz atmağı da unutmayıb.
Belə ki, aktrisa kinayə ilə bu sözləri yazıb: "Bizimkilər isə hələ də takib etsinlər”.
Qeyd edək ki, Erməni porno ulduzu Kim Kardaşyan Ermənistan ordusu üçün 1 milyon dollar məbləğində pul ianə edib. Bunu görən Fələstinli bacılar Kim Kardaşyanı instaqram hesabından izləmədən çıxarıb.
Jalə Mehdi