Turistlərin açıq havada cinsi əlaqə üçün axın etdiyi ada yox olmağa üz tutub: Yerli əhali hərəkətə keçdi - FOTO

Turistlərin açıq havada cinsi əlaqə üçün axın etdiyi ada yox olmağa üz tutub: Yerli əhali hərəkətə keçdi - FOTO
İspaniyanın Böyük Kanar adasında yerləşən "Las Dunas De Maspalomas” adlı bölgə ilə bağlı maraqlı araşdırma aparılıb. 
 
Sfera.az-ın məlumatına görə, sözügedən yerin turistlərin aktiv cinsi həyatlarına görə yox olmaq üzrə olduğu bildirilib. 2018-ci ilin may ayından etibarən başlayan tədqiqatın iştirakçıları qeyd edib ki, həmin ərazidəki qum təpələrində 5763,85 kvadratmetr sahəyə yayılmış 298 "cinsi əlaqə nöqtəsi” müəyyən olunub.

Bu cinsi nöqtələrin kol və bitkilərin, "nebxa”ların daha çox cəmləşdiyi yerlərdə aşkar olunduğu ortaya çıxıb. (Nebxa,  bitkilərin ətrafında qumun yığılması nəticəsində əmələ gələn təpələrdir) Qeyd edilib ki, turistlər bitkiləri ayaqları ilə əzir, hətta kökündən qoparıb qumların yerini dəyişirlər. Öz "yuvalarını” yaradaraq onu hasarla əhatə edən turistlərin olduğunu da deyilib. Bununla yanaşı, siqaret kötüklərini, işlənmiş prezervativləri, tualet kağızını, yaş salfetləri, içki qablarını ataraq ətrafı çirkləndirənlərin də az olmadığı bildirilib.

Mütəxəssislərin sözlərinə görə, turistlər eyni zamanda, qum təpələrindən tualet kimi istifadə edirlər. Onlar, gözdən uzaqda olan cinsi əlaqə nöqtələrinin daha çox  istifadə edildiyini, nəticədə zibillərin yığıldığını əlavə edib. Buna baxmayaraq, yerli əhali təpələri qorumaq üçün addım atıb. Sakinlər İspaniya hökumətinin təşəbbüsü ilə həyata keçirilən "MASDUNAS” layihəsi çərçivəsində təmizləmə əməliyyatları həyata keçiriblər.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR