Turistlər rayonlarımızdakı mehmanxanalardan üz döndərib – Niyə Bakını seçirlər?

Turistlər rayonlarımızdakı mehmanxanalardan üz döndərib – Niyə Bakını seçirlər?
Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin əksəriyyətinin regionlarda yerləşməsinə baxmayaraq xarici turistlərin əksəriyyəti Bakıda olan mehmanxanalara üstünlük verir. Rəsmi məlumatların təhlili göstərir ki, 2021-ci ilin birinci yarısında mehmanxanalarda qalan əcnəbilərin 90 faizə yaxını Bakı mehmanxanalarında gecələyiblər. 

Sfera.az bildirir ki, ilk 6 ayda 94 710 əcnəbi mehmanxanalarda qalıb. Onların 84 mini Bakı mehmanxanalarında yerləşib. Regionlardan Qusar rayonunda 3 512, Naxçıvan MR-da 2 317, Qəbələ rayonunda 1 471 əcnəbi qalıb. 

Əcnəbilərin daha çox Bakı mehmanxanalarına üstünlük verməsi 2020-ci ilin birinci yarısında da müşahidə edilib. Həmin dövrdə mehmanxanalarda yerləşən 341 min əcnəbinin 256 mindən çoxu, yəni 75 faizi paytaxtda qalmağı məqsədəuyğun bilib. 

Mehmanxanalarda daha çox Türkiyə vətəndaşları yerləşib. İlin birinci yarısında 20,88 min türkiyəli Azərbaycan mehmanxanalarında qalıb. Böyük Britaniyadan 20,12 min, Rusiyadan 13,2 min, İtaliyadan 6,7 min turist mehmanxanalda yerləşib.

Əcnəbilərin daha çox hissəsinin Bakıda qalması mehmanxanaların gəlir bölgüsündə paytaxtı önə keçirdib. Birinci yarımildə ölkə üzrə mehmanxanalarda qalan şəxslərin yarısının Bakıda yerləşməsinə baxmayaraq paytaxt mehmanxanalarının gəliri ümumi gəlirin 64 faizini təşkil edib. Bakı mehmanxanalarının daha çox gəlir əldə etməsi məhz əcnəbilərin paytaxta üstünlük verməsidir. Əcnəbilər daha çox bahalı mehmanxanalarda qaldığından Bakı mehmanxanalarının gəliri də çox olub. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...