Türbə divarı uçdu, ziyarətə gələnlər altında qaldı - FOTO

Türbə divarı uçdu, ziyarətə gələnlər altında qaldı - FOTO

Türkiyənin Kırıkkale vilayətində türbənin divarı uçub.

DHA-nın xəbərinə görə, şiddətli külək Keskin rayonunda yerləşən Heydər Sultan türbəsinin divarının uçmasına səbəb olub.

Türbəyə ziyarətə gələn 53 yaşlı Zeliha Y. və 28 yaşlı Sinem Y. uçan divarın altında qalıb.

Ətrafdakı insanların köməyi ilə çöküntülər altında qalan qadınlar çıxarılıb və xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətlərinin yaxşı olduğu bildirilir. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR