TuranBank və IFC aqro sahədə əməkdaşlığını gücləndirir

TuranBank və IFC aqro sahədə əməkdaşlığını gücləndirir
 

TuranBank Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən hazırlanmış və maliyyə təşkilatlarına fermerlərin kredit ödəmə qabiliyyətini qiymətləndirməyə imkan verən Nağd Vəsait Axınları ilə Əlaqələndirilmiş Kənd Təsərrüfatı Risklərinin Qiymətləndirilməsi (CLARA) sistemini tətbiq etmək məqsədilə IFC ilə yeni müqavilə imzalamışdır.

Bankdan Sfera.az-a daxil olmuş məlumatda bildirilir ki, CLARA nağd vəsait axınlarının proqnoz hesablamaları vasitəsilə risklərin qiymətləndirilməsi və kreditləşdirmə proseslərini avtomatlaşdıraraq fermerlərin maliyyə resurlarına çıxışını asanlaşdırmağa kömək edir. Sistem IFC tərəfindən hazırlanıb və ona məxsusdur. Bu fəaliyyət, IFC-nin İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıqda icra olunan Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi çərçivəsində həyata keçirilən layihənin bir hissəsidir.

"Bu müqavilə çərçivəsində tətbiq edilməsi planlaşdırılan yeni sistem, Bankın strateji kursuna uyğun olaraq və onun ölkədə kənd təsərrüfatının inkişafına böyük önəm verdiyini nəzərə alaraq, Azərbaycanın bütün bölgələrində sahibkarlığın inkişafına yönəldiləcəkdir",- məlumatda bildirilir.

OXŞAR XƏBƏRLƏR

İyulun 7-də dolların manata qarşı məzənnəsi

  Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, 07.07.2020-ci il ta...

“Güzəştli kreditlərin illik faiz dərəcəsinin 50 faizi dövlət tərəfindən maliyyələşdiriləcək” - Deputat

  Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin 4 iyun 2020-ci il tarixli fərmanına əsasən, Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kre...

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

  Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Sfera.az xəbər verir ki, iyulun 6-da qızılın qiyməti iyulun 3-ü ilə müqayisədə 1,7 manat (0,06 faiz) azalaraq 1 ...

Unicapital rəhbərliyində yeni təyinatlar olub

  "Unicapital” İnvestisiya Şirkətinin baş menecerinin qərarı ilə Tələt Kalayev "Unicapital” İnvestisiya Şirkəti ASC-nin biznes və biznesin inkiş...

ADY Konteyner növbəti rekorda imza atıb

  Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Euras...

İyulun 6-da xarici valyutaların manata qarşı məzənnələri

  Azərbaycan Mərkəzi Bankı 6 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, iyulun 6-da olan...