TuranBank ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında uğurlu əməkdaşlıq davam edir

TuranBank ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında uğurlu əməkdaşlıq davam edir
Nüfuzlu beynəlxalq maliyyə qurumları ilə fəal əməkdaşlıq edən TuranBank Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birgə Maliyyə Vasitəçilərinin Bacarıqlarının artırılması üzrə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirdiyi layihələri uğurla davam etdirir.

 

Risk, Komplayans və MKOS subyektlərinin maliyyələşdirilməsi potensialının artırılması istiqamətində həyata keçirilən layihələr bankda risk nəzarət tədbirlərinin effektiv idarəsi, komplayans prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması, kreditləşmə potensialının gücləndirilməsi, təşkilati strukturun təkmilləşdirilməsi, mikro, kiçik və orta biznes subyektlərinin maliyyələşdirilməsi üzrə marketinq strategiyasının hazırlanması və sair istiqamətləri əhatə edir.

 

Layihələr AYİB tərəfindən cəlb edilən nüfuzlu maliyyə qurumları olan TA Consult Partners və Biznes və Maliyyə Məsləhət (BFC) şirkətləri tərəfindən uğurla icra edilir. Adıçəkilən layihə Avropa Birliyi EU4Business initiative Fondu, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin dəstəyilə həyata keçirilir.


Layihərin icrasının qısa müddətdə yekunlaşdırılması və əldə edilən biznesistiqamətlərin bu ilin sonunadək bankda tətbiqinə başlanılması planlaşdırılır.

 

Xarici maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən Bankımız bundan sonra da potensial biznes layihələri üzrə həm Avropa Yenidənqurma və İnkişaf Bankı, həm də digər maliyyə qurumları ilə əməkdaşlığı davam etdirəcəkdir.


OXŞAR XƏBƏRLƏR