TuranBank əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramına dəstək oldu

TuranBank əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramına dəstək oldu
 
11 mart 2020-ci il tarixində Ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluğunun
təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial
məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədilə Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan
Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas
əhali qruplarının özünəməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində
əməkdaşlığa dair Memoranduma əsasən TuranBank əlillik dərəcəsi olan 3 şəxsə fəaliyyət
göstərdikləri sahə üzrə ehtiyac duyduqları iş alətlərilə təmin olunmasında dəstək göstərdi.
Belə ki, dizayner kimi fəaliyyət göstərən Əliyeva Təranə və Quliyev Zəka bank tərəfindən
kompüter monoblok, notebook və UPS, Sadıqov Qardaşxan isə döşəmə cilalama avadanlığı
və sənaye tipli tozsoranla təmin olundular.
Bütün proqram iştirakçılarını təbrik edir və gələcək işlərində uğurlar arzulayırıq!
TuranBank
Bizimlə etibarlıdır.

OXŞAR XƏBƏRLƏR