\"TuranBank\" 8 mart bayramı münasibətilə kampaniya keçirir
"TuranBank” ASC Beynəlxalq Qadınlar günü münasibətilə xanımlar üçün özəl kampaniyaya start verib.
Bankdan Sfera.az-a verilən məlumata görə, bayramda heç bir xanım diqqətsiz qalmasın deyə kredit və depozit məhsulları xanımlara güzəştli şərtlərlə təklif olunacaq. Mart ayının 13-dək davam edəcək kampaniyanın şərtlərinə əsasən həmin müddət ərzində kredit üçün müraciət edən xanımlar 24 ay müddətinə 15 000 manatadək məbləğində krediti 8% güzəştlə, komissiyasız əldə edə biləcəklər. Pulunu etibarlı əllərə əmanət etmək istəyən xanımlar isə "TuranBank”da depozit növündən asılı olaraq əmanətlərini 1% artımla yerləşdirə biləcəklər.
Qeyd edək ki, kampaniya haqqında daha ətraflı məlumatı "935” Məlumat Mərkəzi və ya (050 268 72 22) "Whastapp” nömrəsi ilə əlaqə saxlayaraq əldə etmək olar.