Tünzalə Ağayevadan TƏBİB-ə MÜRACİƏT: Konsert verməyə imkan yaradın!
Maqazin
11:12 / 23.01.2021
2903
Xalq artisti Tünzalə Əliyeva sənət adamlarına qoyulan qadağalardan gileylənərək, TƏBİB-ə müraciət edib.
Sfera.az xəbər verir ki, sənətçi, bununla bağlı sosial media hesabında paylaşım edib.
"Hörmətli TƏBİ̇B, bütün pandemiya boyu qaydalara riayət edən və "evdəqal" kampaniyasının təbliğatçılarından olan Xalq artisti kimi sizə müraciət edirəm. Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyətlərini görürük.
Nə vaxta qədər bizdə mədəniyyət sahəsinə qarşı qadağalar davam edəcək?! Belə reallıqda, maddi gəlir və alternativ fəaliyyət şəraiti olmayan vəziyyətdə imkan yaradın ki, biz də digər təcrübədə olduğu kimi, bəlli sayda auditoriyalı konsertlər, tədbirlər edə bilək.
Bizdə məşhur musiqiçi və artist olmaq iş adamı demək deyil... O Allahın verdiyi səs telləri, istedadı, sadəcə sənət bacarığı sayəsində fəaliyyət göstərir. Bir ildir tamamən - 100 faiz durğunluq içindəyik. Bu vəziyyət musiqi mədəniyyətinə töhfələr verə bilən istedadlı peşəkarların itkisinə aparır", - deyə T. Ağayeva qeyd edib.
Jalə Mehdi
Sfera.az