Tünzalə Ağayeva Vasif Məhərrəmli ilə qalmaqala son qoydu: \"Media nümayəndələri aləmi bir-birinə qarışdırdılar\"

Tünzalə Ağayeva Vasif Məhərrəmli ilə qalmaqala son qoydu: \
Xalq artisti Tünzalə Ağayeva həmkarı Vasif Məhərrəmli ilə yaşanan qalmaqala görə ondan üzr istəyib.
 
Sfera.az bildirir ki, bu barədə ifaçı sosial şəbəkə hesabından paylaşım edib. O, Vasif Məhərrəmli ilə üzbəüz görüşərək fikirlərini bu cür ifadə edib: 
 
"Bizim səmimi improvizasiyamızı, "Vasif sən oxuya bilmirsən” söhbətimizi bəzi media nümayəndələri yanlış təqdim edib, aləmi bir-birinə qarışdırıblar.  Vasif dəyərli peşəkardır, sənətinin sahibidir. Biz səs-küyə, maqazin xəbərlərinə öyrəşmiş insanlarıq. Amma "istəmərəm ki, sənət dostlarıma mən tərəfdən, mənim kəlimələrimdən ziyan dəysin. Vasif, yenə də üzr istəyirəm”.

Xatırladaq ki, Xalq artisti noyabrın 29-da sənət dostları ilə birgə bir məclisə qatılıb. Həmin gecədə canlı mahnılar ifa edən Tünzalə Ağayeva ona yaxınlaşıb mikrofonu almaq istəyən Əməkdar artist Vasif Məhərrəmliyə "Vasif, sən oxuya bilmirsən",- deyib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR