Tünzalə Ağayeva ABŞ-ın dövlət himnini ifa etdi - VİDEO

Tünzalə Ağayeva ABŞ-ın dövlət himnini ifa etdi - VİDEO
Xalq artisti Tünzalə Ağayeva ABŞ-ın dövlət himnini ifa edib.
 
Sfera.az xəbər verir ki, o, "Star -Spangled Banner"i ifa etdiyi zaman çəkilən görüntüsünü İnstagram səhifəsində yayımlayıb.
 
İfaçı ABŞ-ın məşhur müğənnisi Lady Gaga ilə öz ifasının müqayisəli videosunu izləyiciləri ilə bölüşüb.

O, yayımladığı postu bu sözlərlə şərh edib:

"Sevdiyim və İfa etdiyim 3 dövlət himni var: İlk Ana Azərbaycanımızın dövlət himni, 2- ci qardaş Türkiyəmizin İstiqlal Marşı, 3- cü ABŞ Dövlət Himni "Star -Spangled Banner". Lady Gaganın öz Dövlət Himnini oxumağı səsinə, tərzinə yaraşdı. Mən bu himni zəngin harmoniyasına və gözəl melodiyasına görə sevirəm və 5 il öncə Bakıdakı ABŞ Səfirinin dəvəti ilə ifa etmişəm”.

Xatırladaq ki, hazırda Xalq artisti Rəsul Rzanın sözlərinə bəstələdiyi "Şuşam mənim” mahnısını izləyicilərinə təqdim etməyə hazırlaşır. 
 

//

OXŞAR XƏBƏRLƏR