No Image
No Image

Tuğdakı Alban məbədini əsl sahibləri ziyarət edib - FOTOLAR

Tuğdakı Alban məbədini əsl sahibləri ziyarət edib - FOTOLAR
İşğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndindəki qədim Alban məbədi uzun illərdən sonra əsl sahibləri olan udilər tərəfindən ziyarət edilib.

Alban-Udi Xristian Dini İcmasının üzvləri uzun illərdən sonra öz ata-babalarından miras qalan Müqəddəs İohann kilsəsində olublar. Onlar burada dini ayin icra edərək, şamlar yandırıb, dualar oxuyublar.

İcmanın sədr müavini Rafik Danakari açıqlamasında bildirib ki, bu kilsə qədim Alban dövlətinə məxsus tikilidir: "Azərbaycan Prezidentinin dediyi kimi, bu kilsə artıq azaddır və əsl sahibləri tərəfindən ziyarət edilir. Tuğ kəndində dini məbədlər çoxdur, onlardan üçü qədim Alban məbədidir. İşğal ərəfəsində ermənilər İohann kilsəsində də saxtakarlıq etməklə bəzi dəyişiklərlə buranı özünküləşdirməyə çalışıblar. Burada erməni dilində yazılar yazıblar, altar hissəni dəyişdiriblər. Onlar nə etsələr də tarixi dəyişə bilməzlər”.

Səfərdə iştirak edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə söyləyib ki, artıq tarixi ədalət bərpa olunub. "XII-XIII əsrə aid olan məbəd Alban udiləri qarşılayır. Uzun illərdən sonra onlar öz ata-babalarından yadigar qalan məbədlərində dini ayin icra etdilər. Gördük ki, ermənilər bu kilsəni də mənimsəməyə çalışıblar. Buraya sonradan gətirilən erməni yazısı olan daşların yeni olduğu da ilk baxışdan görünür. Amma tarixi ədaləti saxtalaşdırmaq heç də asan deyil. Çünki bu irsin, bu torpaqların azərbaycanlılara aid olduğu hər kəs tərəfindən etiraf edilir”, - deyə Rəvan Həsənov bildirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru qeyd edib ki, Həvari kilsələrinin əsl varisləri olan Alban udilər öz dini inanclarını qoruyub saxlamaqla, tolerant və multikultural Azərbaycan cəmiyyətində yaşadırlar: "Bunun bariz nümunəsidir ki, bu gün alban məbədini birlikdə ziyarət edirik. Prezidentimizin də dediyi kimi, işğaldan azad edilən ərazilərdə bərpa işləri aparılır, o cümlədən bu məbədlər də bərpa edilərək əsl varislərinə geri qaytarılacaq”.

Qeyd edək ki, Xocavənd rayonunun Tuğ kəndində yerləşən Müqəddəs İohann kilsəsi tarix-memarlıq abidəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.
 
(AzərTAc)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirildi - FOTOLAR

"Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş heyəti ilkin hazırlıq məşqlərini başa ça...

Şagirdləri Qubaya istirahətə aparan avtobus yandı - FOTO

Bakıdan Qubaya istirahətə gedən şagirdlər və onların valideynlərini aparan avtobus yolda yanıb. Sfera.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Q...

Azərbaycanın ilk Baş nazirinin qətlindən 101 il ötür

Bu gün Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin qurucularından biri Fətəli Xan Xoyskinin qətlə yetirilməsindən 101 il ötür. Cümhuriy...

DTX Şuşada əməliyyat keçirdi - FOTO

Daşaltıda yeddi tondan artıq çətən kolu məhv edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, ...

“Qarabağ Zəfəri” müsabiqəsinin qalibləri Ərdoğanla görüşdülər

Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə həyata keçirdiyi "Qarabağ Zəfəri” rəsm müsabiqəsinin azərbaycanlı gənc qalibləri Türkiyəyə sə...

Prezident və xanımı açılışda iştirak etdi - YENİLƏNİB

İyunun 18-də Bakıda beşulduzlu "Intercontinental” otelinin açılışı olub.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliy...