TRT AZTV-nin dəstəyi ilə Qarabağla bağlı sənədli film hazırlayır

TRT AZTV-nin dəstəyi ilə Qarabağla bağlı sənədli film hazırlayır
TRT Qarabağla bağlı sənədli film hazırlayır.

Bu barədə TRT-nin İdarə Heyətinin sədri və baş direktoru İbrahim Eren "Yeni Azərbaycan” qəzetinə müsahibəsində məlumat verib.

İ.Eren bildirib ki, gerçək həyat hekayələrindən bəhs edən sənədli film altı bölümdən ibarət olacaq. Filmin bu il ərzində "TRT Avaz” kanalında yayımlanması planlaşdırılır.

TRT-nin Baş direktoru "Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin sənədli filmin hazırlanmasına böyük dəstək verdiyini deyib: "Bu filmin hazırlanmasında Azərbaycanın milli televiziya kanallarından olan AzTV də önəmli dəstək göstərdi. Azərbaycanlı məsləkdaşlarımıza buna görə təşəkkür etmək istəyirəm”.

İbrahim Eren əlavə edib ki, TRT bundan sonra da Azərbaycanın tarixindəki önəmli günlər, tarixi hadisələr və şəxsiyyətlərdən bəhs edən müxtəlif proqramlar hazırlayaraq dünyaya çatdıracaq: "Biz Azərbaycan üçün nə qədər çox iş görsək də, daha çoxunu görmək istəyirik. Hər zaman dediyimiz kimi - "İki dövlət, tək millət”ik. Birlikdə atacağımız hər bir addım bizi sevindirir, qürurlandırır. Azərbaycan canımızdır, qanımızdır. Yeni layihələrimizlə həm Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda, həm də dəyərlərini tanıtdırmaqda davam edəcəyik”.

"Yeni Azərbaycan” qəzetinə müsahibəsində İbrahim Eren ortaq serialların çəkilməsi ilə bağlı da məlumat verib. Vurğulayıb ki, bununla bağlı AzTV və digər kanallarla  birgə əməkdaşlıq sahəsində daha konkret addımlar atılacaq.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...

Elmira Süleymanova VƏFAT ETDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.   Sfera.az xəbər verir ki, o, 87 yaşında dünyasını də...

Alen Simonyan: "İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır"

İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spiker...