Transxəzər üçün ümidlər artır, amma... – Türkmənistanla yaxınlaşma ideyanı yenidən gündəmə gətirir

Transxəzər üçün ümidlər artır, amma... – Türkmənistanla yaxınlaşma ideyanı yenidən gündəmə gətirir
"Transxəzər layihəsinin reallaşdırılması üçün imkanlar var. Xəzərin statusunun müəyyənləşdirilməsi, Türkmənistanla neft-qaz sahəsində əməkdaşlığın inkişafı Transxəzər boru kəmərinin çəkilməsinə dair gözləntiləri artırır”.

Bu fikirləri Sfera.az-a Transxəzər boru kəmərinin çəkilməsi imkanları ilə bağlı sualları cavablandıran energetika sahəsi üzrə ekspert İlham Şaban bildirib.

Transxəzər layihəsi Türkmənistanla Azərbaycanın qaz sisteminin birləşdirilməsini nəzərdə tutur. Bu layihə ilk dəfə 1997-ci ildə Türkiyə tərəfindən təklif edilib. 1999-cu ildə isə Transxəzər qaz kəməri layihəsinə dair beynəlxaqlq şirkətlərlə müavilə bağlanıb. Kəmər Xəzər dənizininin dibi ilə ötürülərək, Azərbaycan və Gürcüstandan keçərək Türkiyənin Ərzurum bölgəsinə çatdırılmalı idi. O zaman kəmərin Avropaya qədər uzadılması fikri yox idi. Lakin sonrakı illərdə bu layihədə Avropa da maraqlı tərəf kimi çıxış etdi.

Uzun müddətdir ki, layihənin reallaşdırılmasında çətinliklər var. Bunun başlıca səbəbi İran və Rusiyanın layihəyə qarşı çıxmasıdır. Hər iki dövlət hesab edir ki, Xəzərin dibi ilə çəkiləcək qaz xətti Xəzərin ekoloji vəziyyətini təhlükə altına alır.

İ.Şaban dedi ki, Xəzərin statusu məyyən edilən zaman dənizdə həyata keçiriləcək layihələrin ekoloji tələblərə cavab verməsinə dair bənd də var. Onun fikrincə, bu bənd Xəzəryanı ölkələrə regional layihələrə ekoloji səbəblərdən etiraz etmək imkanı yaradır.

Ekspert hesab edir ki, Azərbaycan Transxəzər kəmərinin çəkilməsinin tərəfdarıdır: "Amma ölkəmiz bu layihənin təşəbbüskarı deyil və burada yalnız tranzit rolu oynayacaq. Layihənin reallaşması isə istehsalçı və alıcıların səylərindən asılı olacaq.

Türkmənistan qaz satışını yalnız öz sərhəddində həyata keçirilməsinin tərəfdarı olduğunu bəyan edib. Bu yanlış mövqedir. Kəmərin çəkilməsi təşəbbüsünü Türkmənistan göstərməlidir. Alıcı ilə istehsalçının danışığı olmalıdır. TAP-ın hələ tikintisinə başlanılmamış Azərbaycan 5 ölkə ilə anlaşma memorandumu imzalandı. Macarıstan, Xorvatiya, Sloveniya, Serbiya, Bolqarıstan qaz istəyirdi. Kəmərin tikintisinə başlanılmamış 5,5 milyard kub metr qazın ixracına dair tələb irəli sürüldü.

Türkmənistandan belə bir istək yoxdur. Kimin qaz ala biləcəyi müəyyən deyil. Hansı ölkə qaz almaq istədiyi bilinmir. Alıcı müəyyən ediləndən sonra tranzit koridoruna düşən ölkələrlə, o cümlədən Azərbaycanla danışmaq olar”.
 
Vasif
 
 
 

OXŞAR XƏBƏRLƏR