Trampın vəkilləri ifadə verməyə çağırıldı

Trampın vəkilləri ifadə verməyə çağırıldı
ABŞ-da 2021-ci il yanvarın 6-da Konqresin reydini araşdıran Nümayəndələr Palatasının xüsusi komitəsi keçmiş prezident Donald Trampın vəkillərini ifadə verməyə çağırıb. 
 
Sfera.az xəbər verir ki, Nyu Yorkun keçmiş meri və Trampın şəxsi vəkili Rudy Giuliani, Cenna Ellis və Sidni Pauell komitə tərəfindən ifadə verməyə çağırılan adlar arasındadır.
 
Xatırladaq ki, 6 yanvar 2021-ci ildə ifrat sağçı qruplar və keçmiş ABŞ prezidenti Donald Trampın tərəfdarları 3 noyabr 2020-ci il seçkilərinin nəticələrinin təsdiqlənməsi üçün sessiyanın keçirildiyi Konqresin binasına basqın ediblər. Basqın zamanı 1-i polis olmaqla 5 nəfər ölüb. Basqına görə iğtişaşlara təhrik ittihamı ilə impiçment üzrə mühakimə olunan keçmiş prezident Tramp 2021-ci ilin fevralında Senatda keçirilən səsvermədə bəraət qazanıb.
 
Nümayəndələr Palatasındakı demokratlar respublikaçıların etirazlarına baxmayaraq, komitə yaradıb və işi araşdırmağa başlayıblar.
 
Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR