Trampın şəxsi köməkçisi koronavirusa yoluxdu
00:15 / 08.05.2020
4435
ABŞ prezidenti Donald Trampın köməkçilərindən birinə koronavirus diaqnozu qoyulub.
Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Hoqan Hidliyə istinadən CNN bildirib.
Qeyd edilir ki, prezidentin virusa yoluxan köməkçisi ABŞ-ın Hərbi Dəniz Donanmasının qulluqçusudur. O, Trampa və ailəsinə çox yaxın şəxsdir.
Nəşrin məlumatına görə, ABŞ lideri kamerdinerinin COVID-19 testinin müsbət nəticəsi haqqında bildikdə məyus olub.
Bu xəbərdən sonra prezident və baş nazir yenidən tibbi müayinədən keçiblər. Ağ Evdə bildiriblər ki, hər iki siyasətçi sağlamdır.