Trampın saytına haker hücumu oldu

Trampın saytına haker hücumu oldu
ABŞ Prezidenti Donald Trampın rəsmi saytına hakerlər hücum ediblər.

Sfera.az xəbər verir ki, Donald Trampın seçki kampaniyalarında istifadə etdiyi sayt hakerlər tərəfindən hücuma məruz qalıb.


 

Hakerlər sayta "Dünya Prezidentin saxta xəbərlərindən doydu” bağlığı ilə məlumatlar yerləşdiriblər.

 

 

Hakerlər Trampı və ailəsini gözdən salacaq məlumatlara sahib olduqlarını iddia ediblər. Həmçinin noyabrın 3-də keçiriləcək prezident seçkilərində seçici iştirakını azaltmaq üçün hazırlanmış dezinformasiya kampaniyalarına son qoymaq istədiklərini bildiriblər.


 

Jalə Mehdi

Sfera.az

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR