Trampın fərmanından sonra 720 əcnəbi ABŞ-a buraxılmayıb

Trampın fərmanından sonra 720 əcnəbi ABŞ-a buraxılmayıb

ABŞ prezidenti Donald Tramp miqrasiyaya dair fərman imzaladıqdan sonra 720 əcnəbinin ABŞ-a girişinə qadağa qoyulub. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  ABŞ gömrük-sərhəd xidmətinin rəisi Kevin Makalinen bildirib.   

"Fərmanın qüvvəyə mindiyi ilk 72 saat ərzində ölkəmizə 1 mln. nəfər gəlib. Onlardan 500 min nəfəri əcnəbidir. Biz vizası olan, lakin fərmanın əhatə etdiyi ölkələrdən olan 721 sərnişinin ölkəmizə gəlişinə qadağa qoyduq”, - deyə Makalinen bildirib.    

Onun sözlərinə görə, ölkəyə buraxılmasına icazə verilməsi üçün həmin ölkələrdən olan daha 1060 şəxsin işi hazırda araşdırılmaqdadır. Həmin şəxslər ABŞ-da yaşayış hüququ verən  "Qrin kart”a sahibdirlər. Digər kateqoriyalardan olan daha 75 şəxsə icazə verilib.     

Makalinenin sözlərinə görə, bu həftə ərzində statusu təsdiqlənmiş 872 qaçqının ölkəyə gəlişi gözlənilir.  Onların şəxsi işləri araşdırıldıqdan sonra ölkəyə buraxılacaqlar.


OXŞAR XƏBƏRLƏR

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...