Trampın Bakıdakı oteli - FOTO

Trampın Bakıdakı oteli -  FOTO

ABŞ prezidentliyinə namizəd, biznesmen Donald Tramp son günlər qalmaqallarla gündəmə gəlir.

Sfera.az azvision.az-a istinadən bildirir ki, o, müsəlmanları Amerikaya buraxmamaq təklifini irəli 

sürməklə böyük hay-küy doğurmuşdu. Cavabında CNN-in efirində ekspertlər ona xatırlatmışdılar ki, 

özünün müsəlman ölkələrində biznesi var və o ölkələrdən biri kimi Azərbaycanın adı da çəkilmişdi.

Tramp nəhəng biznes imperiyasının sahibidir. Milyarder Nyu-York, Çikaqo, Toronto, Las-Veqas, 

Panama, Mayami, Vaşinqton, Rio-de-Janeyro kimi şəhərlərdə "Trump" adlı brend otellər şəbəkəsinə 

malikdir. Bakıda da eyni adlı - "Trump" oteli inşa edilib. Otel Heydər Əliyev prospektinin yaxınlığında 

yerləşir. Ötən ilin son aylarından hazır vəziyyətə gətirilən otelin açılışı hələ yubanır.

Trampın adını daşıyan binaların çoxu kimi Bakıdakı otel də onun xüsusi razılığı əsasında inşa edilib.

 2014-cü ildə milyarder bəyan etmişdi ki, "Trump İnternational Hotel & Tower Baku" "Trump Organization"un standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biridir.

"Mother Jones" jurnalında Trampın Bakıdakı oteli ilə bağlı məqamlara toxunulub. Qeyd edilib ki, 

Bakı son illər tamamilə dəyişərək dünyanın müasit şəhərlərindən birinə çevrilib. "Bir-birinin ardınca 

ucalan göydələnlərdən biri də yelkən formasında tikilən 33 mərtəbəli "TrampTowers" otelidir", - deyə

 məqalərədə xüsusilə vurğulanıb.

Donald Trampın Azərbaycandakı "Trump Hotel and Tower" otelinə görə lisenziya gəliri 2,5 milyon 

dollar təşkil edib.

Əməkdaşımız otellər şəbəkəsinin Amerikada yerləşən baş ofisi ilə əlaqə saxlayaraq, məsələyə aydınlıq 

gətirməyə çalışıb. Baş ofisdən AzVision.az-a verilən məlumata görə, Bakıda yerləşən "Trump" otelinin ilin 

sonunda və ya gələn ilin əvvəlində açılışı planlaşdırılır.

"Otelin ötən ilin yay aylarında istifadəyə verilməsi planlaşdırılmışdı. Hesab edirik ki, otelin açılışı cari ilin 

sonlarında baş tuta bilər, ən pis halda "Trump" gələn il istifadəyə veriləcək".

Donald Tramp Bakıda otelin açılışına gələcəkmi?

Baş ofisdən verilən məlumata görə, iş adamı bir çox açılış mərasimlərində iştirak edir, bu onun şəxsi 

istəyindən asılı olan məsələdir: "O, əksər açılış mərasimlərində şəxsən iştirak edir. Ola bilər ki, Bakıdakı 

açılışda iştirak etsin. Amma bu haqda bizdə dəqiq məlumat yoxdur".


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...