Trampı məsxərəyə qoydular - VİDEO

Trampı məsxərəyə qoydular - VİDEO
ABŞ prezidenti Donald Trampın üç gün əvvəl Vaşinqtonda iştirak etdiyi bir tədbirdə onu məsxərəyə qoymaq üçün hazırlanmış prezident gerbinin önündə çıxış edib.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, internetdən götürüldüyü deyilən gerbin üzərində Amerika qartalı əvəzinə ikibaşlı Rusiya qartalı var. Həmçinin qartal, pəncəsində ox əvəzinə qolf çubuğu tutur. Gerbdəki "Çoxluqdan birliyə" şüarı yerində isə ABŞ-ın 45-ci prezidenti olan Trampa nəzərən "45 bir oyuncaqdır" sözləri yazılıb. Tramp 2015-ci ildə "Time" jurnalına verdiyi müsahibəsində isə rəqiblərini nəzərdə tutaraq "mən oyuncaq olmadığım üçün xalqın etimadını qazanmışam" demişdi.
"Turning Point USA" adlı mühafizəkar qrupdan, 1500 tələbənin iştirak etdiyi ənənəvi tədbirlərində istifadə olunan gerbin tələsik internetdən endirildiyi bildirilib. Qrupdan bunun bilərəkdən edilmədiyi və məsul şəxsin qrupdan kənarlaşdırıldığı haqqında açıqlama verilib.
Prezident gerbinin saxta olmasını isə "Washington Post" qəzeti aşkarlayıb.
Prezident gerbində qartal pəncəsində ilk 13 ştatı təmsil edən 13 ox tutur. Ancaq saxta gerbdə oxların yerini qolf çubuqları alır. Bunun isə Trampın qolfa olan marağını məsxərəyə qoymaq üçün edildiyi ehtimal olunur. Qartalın sağ pəncəsində isə sülh və barışığın rəmzi sayılan zeytun budağının yerinə bir dəstə dollar müşahidə olunub.
 


OXŞAR XƏBƏRLƏR

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Bu gün görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin doğum günüdür.   Sfera.az xəbər verir ki, Qəmbər Hüseynli 16 ...

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb.   Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas m...

Kloppun yerinə daha bir namizəd seçildi - FOTO

Almaniyanın “Bavariya” klubunun sabiq baş məşqçisi Niko Kovaç İngiltərə “Liverpul”una rəhbərlik edə bilər.   Sfera.az bildiri...

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləş...