Tramp Zelenskini Rusiya Prezidenti kimi təqdim etdi - VİDEO

Tramp Zelenskini Rusiya Prezidenti kimi təqdim etdi - VİDEO

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskini "Rusiyanın yeni prezidenti" adlandırıb.

 

Trampın bu səhvi barədə amerikalı jurnalist Daniel Deyl "Twitter” səhifəsində yazıb.

 

Belə ki, V.Zelenski ilə söhbətinin stenoqramı dərc edildikdən sonra impiçment məsələsi barədə araşdırmanı şərh edən Tramp danışıqların "əla" olduğunu, rəqiblərinin isə qalmaqal yaratmağa çalışdıqlarını söyləyib.

 

Jurnalistlərin suallarına cavab verən Tramp Zelenski ilə qalmaqallı telefon danışığına toxunub.

 

"Mən Şiffin məruzəsini tənqid etdim. Bildiyiniz kimi Rusiyanın yeni prezidenti yaxşı kişidir. O öz bəyanatını verdi. Orada ona heç bir təpki olmadı”, - deyə Tramp vurğulayıb.

 

Yeri gəlmişkən, ABŞ Prezidentinin sözləri Ağ Evin saytında da yer alıb. Prezidentin çıxışı orada olduğu kimi, düzəlişsiz dərc edilib.

 

Daha əvvəl mətbuat xəbər yaymışdı ki, Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon söhbəti zamanı ondan keçmiş vitse-prezident Co Bayden və onun oğlu Hanter Bayden barəsində təhqiqat aparmağı xahiş edib və bunun müqabilində Ukraynanın hərbi ehtiyacları üçün ABŞ-dan federal səviyyədə maliyyə ayrılacağını vəd edib.

 

Bu söhbət Ağ Ev rəhbərinin impiçmenti barədə iş üzrə təhqiqata başlanmasına səbəb olub.(virtualaz.org)


OXŞAR XƏBƏRLƏR

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...