Tramp tərəfdarları qarşısında rəqs etdi - VİDEO
10:56 / 14.10.2020
1247
Seçki kampaniyası tədbirlərindən birində ABŞ Prezidenti Donald Tramp bir daha sübut edib ki, koronavirusdan qurtulduqdan sonra şən və gümrahdır.
Sfera.az xəbər verir ki, Trampın potensial seçiciləri qarşısında ifa etdiyi qızğın rəqsin videosu sosial şəbəkədə yer alıb. Bu çarxın müəllifi Brendon Darbi Tvitterdə yazıb: "Zövq alın".
Prezident yüksək səsli müsiqi sədaları altında bəzi ritmik hərəkətlər edib və sonunda tamaşaçıları alqışlayıb.
Əksər şərhçilər Trampın duyğularını müsbət qəbul edib və ona səs verəcəyinə söz verib. Ancaq bəziləri Ağ Ev rəhbərinin davranışını ikiüzlülük sayıb.
Pensilvaniyada bundan əvvəlki tədbirlərin birində Tramp "Koronavirusa qarşı immunitet qazandığına görə" seçiciləri öpəcəyinə söz verib.
"Artıq immunitetim var. Mən səhnədən enib hamını öpə bilərəm. Kişili-qadınlı hamını öpəcəyəm. O oğlana bax, necə də şirindir. Mən onu öpəcəm”.
Xatırladaq ki, noyabr ayında amerikalılar yeni prezident seçəcəklər. Demokrat Co Bayden Trampın yeganə rəqibi olacaq.