Tramp qasırğaya görə Polşaya səfərini ləğv etdi

Tramp qasırğaya görə Polşaya səfərini ləğv etdi

ABŞ Prezidenti Donald Tramp növbəti həftəsonu Polşaya planlaşdırdığı səfərini ləğv etməli olub. Bu barədə o, Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

Amerika liderinin bu qərarına səbəb "Dorian” qasırğasının Florida ştatına yaxınlaşması olub.

Tramp qeyd edib ki, o, Polşaya vitse-prezident Maykl Pensi göndərəcək: "Burada olmaq mənim üçün çox vacibdir. Qasırğa çox ciddi görünür. Polşaya Maykl gedəcək. Mən bir az öncə Polşa Prezidenti Andjey Duda ilə danışaraq ona özümün və Amerika xalqının xoş arzularını çatdırdım. Bizim əsas prioritetimiz yaxınlaşan qasırğa qarşısında insanların təhlükəsizliyini qorumaq və təmin etməkdir. Yaxın gələcək üçün Polşaya səfərimi təxirə salıram”.

Qeyd edək ki, D. Trampın 31 avqust-2 sentyabr tarixlərində Polşaya səfər edib sentyabrın 1-də İkinci Dünya müharibəsinin başlanılmasından 80 il ötməsi münasibəti ilə bu ölkədə keçiriləcək tədbirə qatılması, sentyabrın 2-də isə Polşa rəhbərliyi ilə görüşü  planlaşdırılmışdı. (qafqazinfo)


OXŞAR XƏBƏRLƏR