Tramp prezidentlik dövründə sərvət itirib - 300 pillə geri düşdü

Tramp prezidentlik dövründə sərvət itirib - 300 pillə geri düşdü
ABŞ-ın sabiq prezidenti Donald Tramp milyarderlər siyahısında geriləyib.
 
Sfera.az xəbər verir ki, 4 illik prezidentlik dövründə 1 milyard dollardan çox itkisi olan Tramp 300 pillə geri düşüb.

"Forbes” jurnalının məlumatına görə, ötən il milyarderlər arasında 1001-ci yerdə olan sabiq ölkə başçısı təxminən 2,4 milyard dollarlıq sərvəti ilə bu il 1299-cu yerdə qərarlaşıb.

Bildirilib ki, 2017-ci ildə Ağ Evin sahibi olarkən Trampın sərvəti ümumi 3,5 milyar dollar civarında idi. 

Qeyd edək ki, pandemiya səbəbindən Donald Trampın otel, qumarxana və bir sıra obyektləri böyük zərbə alıb.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR