Tramp öz sosial media platformasını bu tarixdə istifadəyə verəcək - "Truth social" gəlir

Tramp öz sosial media platformasını bu tarixdə istifadəyə verəcək -
ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz sosial media platformasını yaradır.
 
Sfera.az bildirir ki, paylaşımlarına görə "Facebook” və "Twitter” hesabları bağlanan eks-prezident jurnalistlərə açıqlamasında sözügedən platformanın "Truth social” adlanacağını  və 2022-ci ilin birinci yarımilində istifadəyə veriləcəyini deyib.

"”Taliban”nın "Twitter”də varlığını ciddi hiss etdiyimiz, amma ən sevdiyiniz Amerika prezidentinin susdurulduğu dünyada yaşayırıq”, - deyən Tramp  qeyd edib ki, yeni platform hər kəsə düşüncələrini paylaşmaq imkanı verəcək.

"Fikirlərimi bölüşəcəyimə və böyük texnoloji şirkətlərə qarşı savaşacağıma görə həyəcanlıyam”, - deyə sabiq lider əlavə edib. Həmçinin bildirilib ki, platformanın gələn ay seçilmiş dəvətlilərlə birgə təqdimatı olacaq.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR