Tramp kürdlərdən İkinci Dünya Müharibəsinin qisasını alır – ÖZÜ AÇIQLADI

Tramp kürdlərdən İkinci Dünya Müharibəsinin qisasını alır – ÖZÜ AÇIQLADI
 

ABŞ prezidenti Donald Tramp kürdləri İkinci Dünya Müharibəsi zamanı, xüsusilə də Normandiyaya eniş prosesində ABŞ-a kömək etməməkdə qınayıb.

 

 

Sfera.az Rusiya mətbuatına istinadla bildirir ki, ABŞ prezidenti sözügedən mövzu ilə bağlı video görüntünü özünün TwitterYahoo News portalına yerləşdirib.

 

 

ABŞ prezidenti bu fikirləri ilə jurnalistlərin ABŞ -ın "İslam dövlətini məğlub etməkdə” koalisiyaya kömək edən kürdlərə dəstək verməyərək, Türkiyə hərbçilərinin Suriyaya "hücumuna imkan verməsi” ilə bağlı sualına cavab verib. Müxbir həmçinin bundan sonra Amerikanın "ittifaq qurmaqda” çətinlik çəkəcəyini də qeyd edib.

 

Daily Best nəşri qeyd edir ki, Tramp öz şərhində konservativ sayt kimi tanınan Townhallda dərc olunan köşə yazısına istinad edir. Həmin köşənin müəllifi yazıb ki, " kürdlər Normandiyada bizim köməyimizə gəlməyiblər”, eləcə də Koreyada, Vyetnamda və Əfqanıstanda amerikalılara yardım etməyiblər.


Bununla yanaşı, ABŞ prezidenti xatırladıb ki, buna baxmayaraq Vaşinqton zamanında kürdlərə yardım etmək üçün külli miqdarda vəsait sərf edib.


Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında Türkiyədə qadağan olunan Kürd İşçi Partiyasına və "İslam dövləti” (İŞİD) terrorçu qruplaşmasına qarşı yönələn "Barış pınarı” adlı hərbi əməliyyatın başlandığını bəyan etmişdi.

 

Bölgədə kürdlərlə əməkdaşlıq edən ABŞ həmlədə iştirak etməyəcəyini, hərbi birləşmələrini geri çəkəcəyini bildirmişdi. Kürdlərsə ABŞ-ı razılaşmaları pozmaqda ittiham etmişdi.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR