Tramp İrana qarşı sanksiyaların artırılması barədə göstəriş verib
17:16 / 18.09.2019
893
ABŞ Prezident Donald Tramp İrana qarşı sanksiyaların artırılması barədə göstəriş verib.
Sfera.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə D. Tramp "Twitter” səhifəsində bildirib.
"İrana qarşı tətbiq olunan sanksiyaların əhəmiyyətli dərəcədə artırılması ilə bağlı Maliyyə nazirini təlimatlandırdım”, - D. Tramp qeyd edib.