Tramp: \"Dolların məzənnəsi şişirdilib\"

Tramp: \

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, hazırda dolların məzənnəsi şişirdilib. "APA-Economics" xəbər verir ki, prezidentin bu açıqlamasından sonra dollar əksər valyutalara nisbətən ucuzlaşıb.

 

"Hazırda dolların məzənnəsi şişirdilib, bunun əsas səbəblərindən biri də Çinin öz milli valyutasının məzənnəsinin aşağı səviyyədə saxlanılmasına yönəlmiş addımlarıdır", - deyə yeni seçilmiş prezident qeyd edib.

 

Bu açıqlamadan sonra avronun məzənnəsi 1,0697 dollar səviyyəsinədək yüksəlib. Halbuki ötən ticarət sessiyasında avronun məzənnəsi 1,0601 dollar idi.

 

Bununla yanaşı, ötən həftə 114,2 yen səviyyəsində olan dollar hazırda 113,48 yenə çatıb.

 

İngilis funtu isə bun gün sürətlə bahalaşıb. Böyük Britaniyanın baş naziri Tereza Meyin açıqlamalarından sonra funt dollara nisbətən 2,4%, avroya nisbətən isə 1,5% möhkəmlənib.

 

Baş nazir deyib ki, "Brexit"lə bağlı yekun prosedur parlamentin razılığını alacaq. Bununla yanaşı, T. Mey qeyd edib ki, Böyük Britaniya Avropa İttifaqının (Aİ) əsas tərəfdaşı olmaq niyyətindədir. Xanım siyasətçi əlavə edib ki, krallıq Aİ-nin Gömrük Şurası ilə yeni sazişin imzalanmasında maraqlıdır.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...