Tramp Baydeni hədəf aldı: “Dünya bizə gülür...”
12:33 / 17.09.2021
714
ABŞ-ın
keçmiş prezidenti Donald Trampın son açıqlaması diqqətləri yenidən üzərinə çəkməyi
bacarıb.
Sfera.az
bildirir ki, Tramp "Newsmax” telekanalına müsahibəsində yaxın 3 il ərzində
ABŞ-ın sonunun gələcəyini söyləyib.
"ABŞ əvvəl
olmadığı qədər öz relsindən çıxıb. 2022 və 2024-cü illərdə keçiriləcək seçkilərə
gedəndə sahib olduğumuz bu ölkədən heç nə qalmayacaq”, - deyə Tramp bildirib.
O, həmçinin
seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı sualı da cavablandırıb: "Bu
mövzuda heç bir şərh verməyəcəm. Yaxın zamanlarda açıqlama verə bilərəm, ancaq
qarışıq durumdur”.
Günay Rəsulqızı