“Toyota” şirkəti gələn il ilk elektromobilinin satışına başlayacaq

“Toyota” şirkəti gələn il ilk elektromobilinin satışına başlayacaq
Yaponiyanın ən böyük avtomobil konserni olan "Toyota Motor” gələn il özünün ilk elektromobillərinin satışına başlayacaq.

Sfera.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkət bəyan edib.

"Toyota bZ4X” krossoverinin satışının bütün dünyada həyata keçiriləcəyi bildirilib. Bununla belə, modelin qiyməti barədə açıqlama verilməyib. Avtomobilin bir cərəyanla 500 km-dək məsafə qət edə biləcəyi, batareyanın 80%-dək doldurulmasının, təxminən, yarım saat vaxt aparacağı bildirilir. Bundan başqa, günəş batareyaları ilə təchiz edilmiş modifikasiyanın da olacağı bildirilir.

Qeyd edək ki, Yaponiya hökuməti ötən il istixana qazları tullantılarının azaldılması ilə bağlı plan qəbul edib. Bu plana həmçinin 2030-cu ilədək benzin və dizel avtomobillərinin istehsalının tam dayandırılması da daxildir.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...