No Image
No Image
No Image

Toyların və yasların keçirilməsinə - Bu şərtlərlə icazə verilə bilər

Toyların və yasların keçirilməsinə - Bu şərtlərlə icazə verilə bilər
 

Azərbaycanda şadlıq sarayları, mərasim zalları və məscidlərin fəaliyyəti yenidən bərpa olunacaq.

Sfera.az xəbər verir ki, bununla bağlı yerli icra hakimiyyəti orqanlarına göstəriş verilib.

Belə ki, icra hakimiyyətləri öz rayonları ərazisində yerləşən şadlıq evləri, məscidlər və mərasim zallarına nümayəndələrini göndəriblər. Nümayəndələr adı çəkilən məkanlara baş çəkərkən həmin yerlərin kvadrat metri, nə qədər insan tutumuna malik olması və havalandırma sisteminin mövcud olması ilə yerində tanış olublar. 

Bildirilir ki, Operativ Qərargahın növbəti yumşaldılma barədə qərarından sonra hər üç sahə üzrə qadağalar nisbətən aradan götürüləcək. Toyların əvvəlki kimi 500-1000 nəfərin iştirakı ilə deyil, məhdud sayda qonaqların iştirakı ilə keçirilməsinə icazə verilə bilər. Şadlıq saraylarında aparılan yoxlamalar zamanı da məkanlara nə qədər insanın daxil olma potensialı müəyyənləşdirilib.

Karantin şərtləri çərçivəsində masalar arxasında 6 nəfərdən çox insanın əyləşməsi qadağan oluna bilər. Bundan əlavə toya gələn insanların və şadlıq sarayı personalının da maskadan istifadəsi ilə bağlı məcburiyyət ola bilər. Həmçinin zallarda oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.

Məscidlərlə bağlı siyahının hazırlanması da ibadət ocağına nə qədər insanın buraxılmasının yoluxma riski yaratmaması ilə əlaqədardır. İbadət ocağında cümə və camaat namazlarının qılınması ilə bağlı qadağa qüvvədə qalsa da, fərdi şəkildə insanların ara məsafəsini gözləmək və maskadan istifadə etməklə namazlarını qılmasına icazə veriləcəyi gözlənilir. 

Mərasim zalları ilə bağlı da say məhdudiyyətinin tətbiqi gözləniləndir. Cəm şəkildə insanların mərasim evlərinə daxil olmasına icazə verilməyəcək. Lakin ara məsafəsi gözlənilməklə və maskadan istifadə etməklə məhdud sayda insanın baş sağlığı verməsi üçün həmin məkanlara dail olmasına icazə verilməsi gözləniləndir. 

(baku.ws)

OXŞAR XƏBƏRLƏR

Yoluxanların sayı artır, iş vaxtı qısaldıla bilər? - AÇIQLAMA

Metropolitenin koronavirus pandemiyasında kəskin artım səbəbindən müvəqqəti bağlanması Bakıda yenidən marşrut avtobuslarının yükünü artırıb. Xüsusən pik saatlar...

Ermənistandan etiraf: "Azərbaycan bizi 12 dəfə üstələdi"

Ermənistan Müdafiə Nazirliyi məğlubiyyətləri etiraf etmək üçün erməni cəmiyyətində zəmin yaradır və erməniləri bu xəbərlərə hazırlayır. Ermənistan Müdafiə...

“Gözüm vətənə qurban” – Gəncə qətliamında görmə qabiliyyətini itirən xanımdan ÜRƏKDAĞLAYAN SÖZLƏR

"O təkcə öz dünyasının deyil, həm də balalarının görən gözü idi". Sfera az xəbər verir ki, bunu aparıcı Hacı Nuran "İnstagram” hesabında Gəncə qətliamın...

İşğaldan azad edilən ərazilərimizin TAM SİYAHISI

27.09.2020 saat 07-36-dan başlayaraq aşağıdakı kəndlərimiz, Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri işğaldan azad edilib. Sfera.az  Azərbaycan ordusu...

Düşmənin silah anbarları aviasiya zərbələri ilə darmadağın edildi - Video

Düşmənin yanacaq-sürtkü materialları və döyüş sursatı anbarları aviasiya zərbələri ilə darmadağın edilib.   Sfera.az xəbər verir ki, bu barədə Müdaf...

“Daha sərt karantin tədbirlərinə gediləcək…” – Adil Qeybulla

"Virusa yoluxmanın artması son hadisələrin, yəni Vətən uğrunda gedən müqəddəs savaşın eyforiyası, əhval-ruhiyyəsi fonunda karantin qaydalarının arxa plana keç...