Toyların keçirilməsinə icazə oktyabrda veriləcək?- AÇIQLAMA

Toyların keçirilməsinə icazə oktyabrda veriləcək?- AÇIQLAMA
 

Xəbər verdiyimiz kimi bu il Azərbaycanda Məhərrəm ayı Miladi təqvimi ilə avqustda başlayacaq. 

Sfera.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Vüsal Cahangirli Lent.az-a bildirib ki, bu il ölkəmizdə Məhərrəm ayının 1-i Miladi təqvimi ilə avqustun 21-nə təsadüf edir.
Məhərrəmin 10-cu günü, yəni Aşura avqustun 30-da qeyd olunacaq.

Məhərrəm ayından sonra gələn Səfər ayının bitməsi bu il oktyabrın 17-nə düşür. Beləliklə, artıq oktyabrın 18-dən toy və digər şadlıq mərasimlərini keçirmək mümkün olacaq.
QMİ əməkdaşı onu da bildirib ki, bu il Qurban bayramı iyulun 31-nə təsadüf edir.

 

Bundan nəticə çıxarsaq, toyların keçirilməsi üçün vaxt ancaq iyun, iyul və avqust ayının ilk həftələri qalır. Qeyd olunan aylarda toyların keçirilməsi gözlənilirmi?

Mövzu ilə bağlı Sonxeber.az-a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.

"Bu gün üçün belə qərar yoxdur. Sabah nə olacaq, bu virusun yayılma şərtlərindən asılıdır. Göstəricilər necə olacaqsa, ona uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul oluncaq. Bu xəstəliyin yayılması ilə yoluxmanın dərəcəsi və miqyasından asılı olan bir şeydir. Kimsə bunu öz arzularına əsasən deyə bilməz. Təbi ki, biz də arzu edirik ki, sabahdan hər şey bitsin və həyat öz normasına qayıtsın. Bunu hər kəs istəyər".

OXŞAR XƏBƏRLƏR

SON DƏQİQƏ! TƏBİB məlumat yaydı

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 8-nə olan statistik göstəriciləri açıqlayıb. Sfera.az xəbə...

SON DƏQİQƏ! Koronavirusa görə Azərbaycana xarici mütəxəssislər gətirildi

 Azərbaycan Respublikasi Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus (COVID-19) sa...

Baş nazirdən 190 manat birdəfəlik ödənişlə bağlı QƏRAR

 Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyə...

SON DƏQİQƏ! Daha iki rayonda karantin rejimi sərtləşdirildi

 Goranboy və Göygöl rayonlarında da sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq. Sfera.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti ...

Azərbaycanda daha 542 nəfərdə koronavirus aşkarlandı, 9 nəfər öldü

 Azərbaycanda  542 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Sfe...

Prezident SƏRƏNCAM İMZALADI

  Prezident İlham Əliyev Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılma vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər h...