\"Toylara qadağa qoyula, məktəblər bağlana bilər\" - Brifinqdən gözləntilər

\
Son həftələrdə bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da yoluxmalar artmaqda davam edir. Sağalanların sayı da yoluxanlardan aşağıdır. Bəzi xarici ölkələrdə epidemioloji vəziyyətin gərginləşməsindən sonra açıq havada maska qadağası bərpa olunub. Sözügedən qadağanın bizdə də yenidən tətbiq ediləcəyi ilə bağlı məlumatlar yayılıb.

Bundan əlavə, həftəsonu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqinin baş tutacağı və qapanmalara gediləcəyi barədə müxtəlif fikirlər səsləndirilir.

Sfera.az bildirir ki, mövzu ilə bağlı ölkə.az-a danışan professor, tibb eksperti Adil Qeybulla bildirib ki, yolxumaların artmasında əsas səbəb təmasların artmasıdır:

"Bildiyiniz kimi, məktəblər açılıb. Orta məktəblərdə və ali təhsil müəssisələrində  artıq intensivləşən təmaslar mövcuddur. Xüsusilə auditoriyalar və sinif otaqları qapalı mühitdir və burada yoluxma potensialı da böyükdür. Bu gün virusun həm də gənclərdə və uşaqlarda da klinik əlamətlər nümayiş etdirməsi əlbəttə, yoluxma sayını, yoluxma potensialını xeyli artırır. Bütün bunlar dünya üzrə müşahidə edilir və ona görə də qadağalar, o cümlədən açıq havada maska qadağası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri ilə ayrı-ayrı ölkələrdə tətbiq olunur. Bu, həm də "delta” virusun yeni ştamının yoluxuculuğu ilə bağlıdır”. 

A.Qeybullanın fikrincə, Azərbaycanda da müəyyən qadağalar yenidən qüvvəyə minə bilər:

"Hər halda brifinqdə konkret olaraq hansı qərarların səsləndiriləcəyini birmənalı demək çətindir. Amma məntiqi görünən odur ki, müəyyən məhdudiyyətlər olacaq.  Məsələn, kütləvi tədbirlərin, toyların müəyyən qədər təxirə salınması müşahidə edilə bilər. Təhsilin onlayn sistemə keçirilməsi - konkret sinif otaqlarının, yoxsa məktəbin bütövlükdə onlayn təhsilə keçirilməsi və s. ilə bağlı qərarlar ola bilər. Müəyyən məhdudiyyətlər təbii ki, olacaq".

Professor söyləyib ki, Azərbaycanda da açıq havada maska taxmaq zərurəti yeni qadağalar siyahısına daxil edilə bilər:

"Bu, epidemioloji vəziyyətdən asılı ola bilər. Artıq bütün dünyada kütləvi vaksinasiya gedir və xeyli yoluxanlar var. Bütün bunların fonunda yoluxmalar hələ də davam edir və bu, narahatlıq doğurur. Əlbəttə, qəbul edilən qərarların hamısı təhlükəsizlik məsələsidir. Bu baxımdan da qayadalara əməl etmək vacibdir. Əhalinin də buna anlayışla yanaşması məqsədəuyğundur”.

OXŞAR XƏBƏRLƏR

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...