Toylar bu şərtlərlə başlaya bilər - AÇIQLAMA

Toylar bu şərtlərlə başlaya bilər - AÇIQLAMA
 

Məlumdur ki, ölkədə karantin rejimi tədricən yumşaldılsa da, toylara qoyulan qadağa hələ də qüvvədədir. Bu isə onunla əlaqədardır ki, koronavirusa yoluxma hallarında hələ də artan temp müşahidə edilməkdədir. Belə ki, insanlar arasında mövcud yoluxma statistikası hökumətə kütləvi tədbirlərin, eləcə də toyların keçirilməsi barədə qərar verməkdə çətinlik yaradır. Təsadüfi deyil ki,  ölkə başçısı İlham Əliyev də "Virus bütün ölkələrə təsir edib. Aydındır ki, o, yoxa çıxmayacaq, biz bu virusla yaşamalı olacağıq”, – deyə bəyan edib. Görünən odur ki, biz ən azı yaxın bir il ərzində müəyyən şərtlər və qaydalara əməl etməklə yaşamalıyıq və yalnız belə olan təqdirdə bir çox sahələrin fəaliyyətinin bərpasından söhbət gedə bilər.

KONKRET.az-a müsahibəsində prodüsser Vəfa Nuriyeva da virusun hələ bir müddət bizi tərk etməyəcəyini nəzərə alaraq, müəyyən qaydalar tətbiq edilməklə toylara start verilməyin mümkünlüyünü açıqlayıb. İxtisasca tibbi bioloq olan V.Nuriyeva məsələ ilə bağlı maraqlı məqamlara toxunub:

– Məlumdur ki, Yer kürəsində olan bütün viruslar və patogen mikroorqanizmlər bizimlə bir yerdə addımlayır. Sadəcə bəzilərinə qarşı dərmanlar olduğu halda, koronavirusun vaksini hələ tapılmayıb. Yəni bu, RNT viruslarının təzə ştammıdır. Ən böyük problem də məhz bundan ibarətdir. Ona görə də bu virusa qarşı mübarizə aparmaq o qədər də asan deyil. Yəni bu, vaksini tapılana qədər tam olaraq bizimlə olacaq. Buna görə də biz elə hərəkət etməliyik ki, həmişə virusdan bir addım öndə olaq.

Təbii ki, mən bir prodüsser kimi toy məsələsi ilə bağlı fikirlərimi bölüşəcəyəm. Əlbəttə, bunun iqtisadi tərəfi aydın və önəmli məsələdir. Sirr deyil ki, toylarla əlaqəli çox insan pul qazanır, ailəsinə ruzi aparır. Yəni mövcud karantinlə əlaqədar toylara qadağa qoyulması böyük bir kütlənin maddi durumunu çətinləşdirib. Və sözsüz ki, biz virusun nə vaxt tam olaraq sıfıra enəcəyini oturub gözləməməliyik. Bu, absurd bir şeydir və bunun üçün 10 milyonluq bir respublika ən azı bir ay evdən çölə çıxmamalıdır. Təbii ki, bu da qeyri-mümkündür. Ona görə də biz iqtisadiyyata, insanların gəlirinə minimum dərəcədə zərbə endirməklə, bu problemdən çıxmağa çalışmalıyıq.
Mən həm bir tibbi bioloq, həm də prodüsser kimi konkret olaraq toylarla bağlı bir sıra təkliflər irəli sürməklə tezliklə onların başlamasını mümkün hesab edirəm.

Zalda da qaydaların tətbiqi mütləqdir. Məsələn, 500 kv.m-lik zal əgər 200-250 nəfər tutursa və əvvəllər hər stol ətrafında təxminən 12 nəfər otururdusa, indi ən azı 1 metrlik məsafə qorunmalıdır. Yəni 12 nəfərlik stol arxasında 6 nəfərdən artıq qonaq oturmamalıdır. Və əgər bir ailə eyni stol arxasında oturarsa, ara məsafəsinin gözlənilməsi lazım deyil.

Daha sonra 12 yaşa qədər uşaqların toya gətirilməsi qəti qadağan olunmalıdır.

Personala gəlincə, işə gələndə onların qızdırması ölçülməli və çöl paltarları başdan-ayağa yeniləri ilə əvəz edilməldir və onlar da mütləq əlcək və tibbi maska taxmalıdırlar.

Stolların üstünə ən azı iki dezinfeksiyaedici məhlul qoyulmalıdır ki, hər stolbaşı xidmət göstərən ofisiant insanların tez-tez əllərini dezinfeksiya etmələrinə yardımçı ola bilsin.

Musiqiçilərə və müğənnilərə gəlincə, təklif edirəm ki, onların əyləşdiyi sahə bir metr hündürlüyündə plastik şüşələrlə əhatə olunsun. Müğənninin onsuz da musiqiçilərdən aralı məsafədə dayandığı kimi, musiqiçilər də bir-birindən ən azı 1,5 metrlik məsafədə əyləşməlidir.

Bundan başqa, fikrimcə, zalda 4-5 müşahidəçi olsa məsləhətdir. Hansı ki, onlar da zaldakı insanların ümumi qaydalara riayət etməsinə nəzarəti həyata keçirsin. Məsələn, hər kəsin müğənni və musiqiçilərə yaxınlaşmasına, ortalıqda 10-12 nəfərdən artıq insanın rəqs etməsinə və s. imkan verməməlidir. Təbii ki, rəqs edənlər də ara məsafəni gözləməlidirlər və bunun üçün zalın döşəməsində xüsusi işarələr olmalıdır.

Mətbəxdəki vəziyyət isə sözsüz ki, karantindən asılı olmayaraq həmişəki qaydada həyata keçirilməlidir. Yəni adi günlərdəki kimi bütün gigiyena qaydalarına tam əməl olunmalı, işçi personal, aşpazlar mütləq maska taxmalı, maskalarını 2-3 saatdan bir, əlcəklərini isə tez-tez dəyişməlidirlər.

Toy bitdikdən sonra isə şadlıq sarayları tam dezinfeksiya olunmalıdır. Bütün stol-stullar, döşəmələr xüsusi xlorlu məhlullarla yuyulmalıdır. Hesab edirəm ki, karantin müddətində toylar daha az saatla keçirilməklə, – yəni təxminən 5 saat keçirilsə kifayətdir, –  bütün bu qaydalara ən yüksək səviyyədə əməl etmək olar.

Nəzərə alsaq ki, onu istehsal edəcək hər hansı bir ölkə ilk növbədə özündəki epidemik vəziyyəti aradan qaldıracaq və ondan sonra başqa dövlətlərə satmağa başlayacaq, bu da fikrimcə, ən azı 2021-ci ilin fevral ayından tez baş verməyəcək. Belə olan halda Azərbaycanda böyük bir sektorun bir il işləməməsi bilirsiniz də nə deməkdir? Bu, həmin təbəqənin stresə qapılması anlamına gəlir ki, bununla da insanların qidalanması zəifləyir, immuniteti aşağı düşür və virusa yoluxma riski artır. Və əgər hazırda demək olar ki, xəstələnənlərin 100 faizindən 86 faizi bunu yüngül keçirirsə, insanlarda stresdən yaranacaq xroniki xəstəliklər, əmələ gələcək infarkt və insultlar, qan dövranı və sinir sistemi pozuntuları və s. nəticəsində artıq 100 faiz xəstədən 65-70 faizi bunu yüngül keçirəcək və ölüm də 12-15 faizə qədər yüksələcək.

Odur ki, mən Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətlilərinə müraciət edərək bütün bunları nəzərə almalarını və toylarla bağlı tezliklə müsbət qərar vermələrini xahiş edirəm.



OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...