No Image
No Image

Toylar bərpa edilir? – Deputat “bilmirəm” dedi, həkim yeni toy formatı təklif etdi

Toylar bərpa edilir? – Deputat “bilmirəm” dedi, həkim yeni toy formatı təklif etdi

Mart ayından etibarən toy şənliklərinin keçirilməsinə icazə veriləcəyi haqda məlumatlar dolaşmaqdadır. Hətta bəzi şadlıq saraylarında cütlüklərin toy tarixinin müəyyənləşdiyi də bildirilir.

 

Bu kimi məlumatlar nə dərəcədə səhihdir, ekpertlər qarşıdakı aylarda toyların təşkilininə icazə veriləcəyinə inanırmı?


Mövzu ilə bağlı Sfera.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı toyların təşkili ilə bağlı hər hansı qərarın verilmədiyini xatırladıb:


"Hər şey Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərara bağlıdır. Bu barədə konkret bir fikrim yoxdur ".


Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov isə toyların müəyyən şərtlər daxilində keçirilməsini zəruri hesab edir:


"Şəxsən mən toyların keçirilməsinin tərəfdarıyam. Görünür, bu virusla hələ uzun müddət yanaşı yaşayacağıq. Yəni, pandemiyanınharadasa 2023- cü ildə bitəcəyi gözlənilir. Odur ki, müəyyən şərtlər daxilində toyların bərpa edilməsinin tərəfdarıyam. Təklif edirəm ki, 30-40 nəfərlik məclislər təşkil edilsin. Toylarda sosial-məsafə, tibbi maskalardan istifadə də mütləqdir. Yoxsa, birinin xoşbəxtliyinə görə başqaları bədbəxt olacaqsa, o toy bizə lazım deyil”.


Həkim ekspert koronavirusun müsbət tərəflərinin olduğunu da söyləyib: "Bu virusun bir müsbət tərəfi də o oldu ki, insanlar öpüşüb-görüşməkdən əl çəkdilər. Koronavirus dünya xalqlarına həm də böyük bir mədəniyyət gətirdi. Allah sənə dili nəyə görə verib, nə vacibdir axı, üzdən öpəsən? Nədənsə insanlar bu kimi məsələlərə diqqətlə yanaşmırlar, gərək gözləri ilə görüb onda inansınlar? Bunlara əməl edin ki, itkimiz də az olsun, əvvəlki yaşayışımıza dönə bilək”.


Jalə Mehdi

Sfera.az

 

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Putinin yaxın ətrafı, rusiyalı oliqarxlar və...” – Avropa Birliyindən Rusiyaya qarşı yeni sanksiyalar

Avropa Birliyi Parlamenti yeni antirusiya sanksiyaları ilə bağlı çağırış edib. Avropa Parlamentinin iclasında iştirak edən 675 deputatdan 581-nin dəstə...

Toylara icazə verilməlidir – Sosioloq doğum sayındakı kəskin azalmanın fəsadlarından danışdı

Sosioloq Əhməd Qəşəmoğlu: "Nikahların sayının azalması demoqrafik göstəricilərə təsir edəcək, ölkəyə miqrantlar axın edəcək ki, bununla da etnik tərkib dəyişə...

Baydenin Cənubi Qafqaz və Azərbaycan siyasəti Trampdan nə ilə fərqlənəcək?

"Cozef Bayden prezident səlahiyyətlərinin icrasına başlayır. O keçmiş prezident Donald Trampdan fərqli siyasət yürüdəcək".   Sfera.az xəbər verir ki, bun...

Kəmaləddin Heydərovun qardaşı oğlu Rəmişin müalicə xərclərini üzərinə götürdü - FOTO

Məşhur gitara ustası, Xalq artisti Rafiq Hüseynovun ( Rəmiş) səhhətindəki problemlər səngimək bilmir. Sfera.az xəbər verir ki, hepatit C mənşəli xroniki...

Pensiyalar nə qədər artacaq? – Sadə izah

2021-ci ildə də pensiyaların indeksləşdirmə dərəcəsi yüksək olacaq.   Sfera.az bildirir ki, hər il pensiyalar orta əmək haqqının artım tempinə uyğun ol...

Siyavuş Aslanın oğlu televiziyada bu sözləri dedi – Proqramdan sonra Narkoloji Xəstəxanaya yerləşdirildi

Xalq artisti, mərhum Siyavuş Aslanın oğlu xəstəxanaya yerləşdirilib. Sfera.az xəbər verir ki, aktyorun oğlu Çingiz Aslan bir neçə gün öncə "Elgi...