Toyda 156 nəfər qidadan zəhərlənib

Toyda 156 nəfər qidadan zəhərlənib
Türkiyədə kütləvi zəhərlənmə hadisəsi baş verib.

Məlumata görə, hadisə Rizə vilayətinin Ardeşen rayonunda, Armağan kəndində keçirilən toy mərasimində qeydə alınıb.

Baş gicəllənməsindən və qarın ağrısından şikayətlənən 156 nəfər Kaçkar Dövlət Xəstəxanasına aparılıblar.

Lakin xəstəxana bu qədər sayda xəstəni qəbul edə bilmədiyindən onların bir qismi Çayeli, Fındıqlı və Rizə dövlət xəstəxanalarına çatdırılıblar.

Mərasim iştirakçılarının toyuq plovundan zəhərləndikləri ehtimal edilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
 
Report

OXŞAR XƏBƏRLƏR